Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistan Laçında "oyun"u pozdu?

Tarix: 08-04-2023 20:09     Baxış: 3246 A- / A+
Ermənistan Laçında "oyun"u pozdu?
Azərbaycan Ordusunun Laçın rayonu Minkənd kəndindəki mövqelərinin atəşə tutulması Ermənistanın bu günlərdə Gorus-Laçın yolu istiqamətində həyata keçirilən delimitasiya işlərindən narazı qaldığını göstərir.
Manevr.az xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə cebhe.info-ya açıqlamasında belə deyib.

Qeyd edək ki, aprelin 7-si saat 13:20-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Halbuki Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 6-da Laçın dəhlizi istiqamətində 12 kilometrlik sərhəd xəttinin 7 kilometrinin Azərbaycanla razılaşdırıldığını, 5 kilometrlik hissədə isə kartoqrafların iştirakı ilə işlərin davam etdirldiyini bildirmişdi.
Hətta Paşinyan hökumətin iclasında bu məsələyə "Sərhəddəvəziyyət xeyli yaxşılaşıb", - deyə münasibət bildirmişdi. Ancaq sərhəddə vəziyyət yenidən gərginləşib.
Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistan postları geri çəkmək üçün Azərbaycana təzyiq etmək istəyir. Lakin bu baş verənlər Ermənistanın ziyanınadır:
"Ordu daxilində də Paşinyanın əleyhinə olan müəyyən qüvvələr var. Onlar Baş nazirə müxalif mövqedən çıxış edirlər. Bu proseslər fonunda Ermənistan rəhbərliyinin atdığı addımlar delimitasiya və demarkasiya işlərini sabotaj etməyə çalışır.
Düşünürəm ki, Azərbaycan tərəfi bununla bağlı lazımi addımlar atacaq. Ermənistanın sərhədlərin müəyyənləşməsi prosesini pozmaması və təxribatlara yol verməməsi üçün Azərbaycan qarşı tərəfə təzyiq göstərməlidir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar