Xəbər lenti
Elmira Axundova vəzifəsindən geri çağırılır? – Rəsmi

Manevr.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Yeni Müsavat”a açıqlamasında bu barədə onlarda hər hansı məlumat olmadığını deyib.
“Səfirin geri çağırılması və yeni səfirin təyinatı cənab Prezidentin səlahiyyətindədir. Ukraynadakı səfirlə bağlı sərəncam olarsa, o zaman bu barədə rəsmi məlumat veriləcək”, - A.Hacızadə vurğulayıb.
Qeyd edək ki, Bakupost.az Xarici İşlər Nazirliyindəki etibarlı mənbəyə istinadla Elmira Axundovanın geri çağırıldığını, Ukraynadakı diplomatik nümayəndəliyin yeni rəhbərinin isə artıq müəyyənləşdiyini yazıb. Lakin Prezident sərəncamı üçün prosedura uyğun olaraq, Ukrayna hökumətindən dəvətnamə, daha doğrusu, aqreman alınmalıdır. Bununla bağlı lazımi sənədlər Ukrayna Xarici İşlər Nazirliyinə təqdim olunub
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar