Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev Qazaxıstana səfər edəcək

Tarix: 07-04-2023 13:35     Baxış: 3358 A- / A+
Prezident Qazaxıstana səfər edəcək
Prezident İlham Əliyevin Qazaxıstana gözlənilən səfəri qardaş ölkələr arasındakı münasibətlərin yeni mərhələsini açacaq.
 
Manevr.az xəbər verir ki, bunu Azərbaycan və Qazaxıstan arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın bu gün Bakıda keçirilən 19-cu iclasında energetika naziri Pərviz Şahbazov bildirib.
 
"Bizi dərin köklərə malik sıx qardaşlıq münasibətləri birləşdirir. Bizim ölkələrimizin prezidentlərinin siyasi iradəsi sayəsində münasibətlərimiz uğurla inkişaf edir. Qazaxıstan prezidentinin ötən ilin avqust ayında Azərbaycana səfəri çərçivəsində ölkələr arasında siyasi əməkdaşlığı gücləndirməklə bağlı saziş imzalanıb. Bu gün Azərbaycanla Qazaxıstan bir çox regional və beynəlxalq layihələrin təşəbbüskarı kimi çıxış edir", - deyə o qeyd edib.
 
Nazir həmçinin deyib ki, Azərbaycanla Qazaxıstan arasındakı münasibətin mühüm hissəsini ticarət əlaqələri təşkil edir: "Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri əvvəlki illə müqayisədə 4 dəfə artaraq 598 milyon ABŞ dolları təşkil edib. Ticarət əlaqələrinin inkişafında xüsusi rolu müntəzəm ticarət missiyaları oynayır. Hökumətlərarası Komissiyanın 18-ci iclasında bir sıra sahələr, o cümlədən maşınqayırma və qida sənayesi ilə bağlı bir sıra sazişlər imzalanıb. Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin fəaliyyətini isə xüsusi qeyd etmək istəyirəm".
 
Nazir Qazaxıstan iş adamlarını Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərməyə, ora sərmayə yatırmağa çağırıb:"Burada iş adamları üçün lazımi şərait yaradılıb".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar