Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Politoloqdan şok açıqlama: "İranı böyük təhlükələr gözləyir"

Tarix: 05-04-2023 17:11     Baxış: 3244 A- / A+

Politoloqdan şok açıqlama: "İranı böyük təhlükələr gözləyir"

İrandakı etiraz aksiyaları davam edir.
Aylardır vətəndaşların haqlı etirazı molla rejimi tərəfindən sərt müdaxilərlə qarşılanır. Etirazların ilk aylarında müəyyən islahatların anonsunu verərək insanları sakitləşdirməyə çalışan Tehran hakimiyyəti istəyinə nail ola bilmədi. Çünki vətəndaşlar din adından istifadə edərək öz çirkin niyyətlərini həyata keçirən bu rejimə inanmırlar. Ötən aylarda qadınların hicab taxması ilə bağlı bəzi yumşalmalara gedilsə də, molla rejimi yenidən öz ampluasına qayıdıb. 
Belə ki, İranda hicab taxmayan qadınlara təhsil verilməyəcəyi açıqlanıb. Bu isə xalqı daha da hiddətləndirib. Xatırladaq ki, aksiyaların başlamasına səbəb ötən ilin 16 sentyabr tarixində 22 yaşlı Məhsa Əmininin hicabı molla rejiminin istədiyi kimi taxmadığı üçün öldürülməsi olub. Görünən odur ki, Tehran geri addım atmaq əvəzinə öz mənasız qadağalarına davam etməyi seçib.
Həmçinin, Güney Azərbaycandakı soydaşlarımız da öz hüquqları və azadlıqları üçün aylardır mübarizə aparırlar. Lakin onların mübarizəsi molla rejimini o qədər qorxudur ki, ən sərt müdaxilələr və represiyalar məhz oradakı soydaşlarımıza tətbiq olunur. Tehran hakimiyyətinin qorxulu röyası Güney Azərbaycanın müstəqil olmasıdır. Qeyd edək ki, aylardır dəhşət saçan molla rejimi 200-dən etirazçını edam edib. Minlərlə insanın saxlanıldığı, 500-dən çox insanın isə barəsində həbs qərarı verildiyi açıqlanıb.
Maraqlıdır, İranda baş verən etiraz dalğası nə ilə nəticələnəcək?
Manevr.az-ın xəbərinə görə, bununla bağlı cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, İrandakı molla rejiminin davranışları problemi həll etmir:

Əksinə, konservləşdirərək gələcək zamana daşıyır. Çünki baş verən hadisələri yatırtmaq və repressiv qərarlar verməklə bu problemi uzunmüddətli həll etmək mümkün deyil. Məhz molla rejiminin apardığı səhv siyasət İran ictimai rəyində artıq ciddi şəkildə oturuşub. Bu cür repressiv qərarla bu fikri dəyişdirmək mümkün deyil. Ona görə də bütün bu yaşananların vəziyyəti gələcəkdə daha da gərginliyə doğru daşıdığını düşünürəm. İqtisadi və sosial vəziyyət ağırlaşdıqca, yeni etiraz dalğasının üzə çıxma ehtimalı da artır. Yaxın perspektivdə növbəti sosial və siyasi etirazların yaşanacağı da proqnozlaşdırılır”.
Politoloq hesab edir ki, İranın hazırki rejimini daha böyük təhlükələr, xüsusilə təşkilatlanmış yöndə etirazlar gözləyir:
“Spontan başlayan etirazlar əvvəllər özünü təşkilatlanmamış formada biruzə verirdi, amma indi müəyyən mənada siyasi təşkilatlanma müşahidə olunur. Yəni son etiraz hadisələri İran toplumunu ciddi şəkildə silkələdi. Əslində belə spontan etiraz dalğaları ilə hansısa hüquqi nəticələrə nail olmaq mümkün deyil. Məhz bu fikir də artıq İran toplumunda oturuşub.Nəzərə almaq lazımdır ki, artıq liderlər də ortaya çıxa bilər. Çünki təşkilanma olmadıqca, liderlər də olmur. Bir tərəfdə etirazların başlaması, digər tərəfdə isə etirazların səngiməsi ilə nəticə əldə etmək mümkün deyil. Ona görə də mütləq mənada təşkilatlanmağa ehtiyac var. Əlbəttə ki, hər bir təşkilatın aparıcı hərəkətverici qüvvəsi və öndə olan liderləri olur.
Əgər həqiqətən də bu toplum təşkilatlanarsa, ciddi siyasi təşkilatlar və liderlər ortaya çıxacaq. Xalq bu liderləri tanıdıqca, onların arxasınca getməyi də düşünəcəklər. Ümumiyyətlə, hər bir uğur mütləq mənada təşkilatlanmaqdan keçir. Bu cür xaosla prosesləri idarə etmək və konkret nəticəyə daşımaq mümkün deyil.
İlk növbədə, oradakı siyasi kəsim təşkilatlanmalı və mövcud siyasi rejimə ciddi alternativ olduğunu sübut etməlidir. Yalnız bu halda İrandakı xalqlar onların arxasından gedərlər. Bundan sonrakı proseslər sürətli və ciddi təşkilatlanmadan keçir.
Molla rejiminin perspektivi yoxdur. Bu cür təşkilatlanmalar və hakimiyyət içərisində parçalanmalar mövcud olduqca, mollla rejimi də ciddi şəkildə zəifləməyə davam edəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar