Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatlar İranla sərhəddə: Oyan, oyan, Azərbaycan! - VİDEO

Tarix: 03-04-2023 15:26     Baxış: 3311 A- / A+




İranın ötən şənbə günü Azərbaycana verdiyi “nota”ya azərbaycanlı deputatlar Tehrana orijinal adekvat cavab verib. 
Manevr.az xəbər verir ki, Milli Məclisin deputatları Müşfiq Məmmədli və akademik Ziyad Səmədzadə  Xudafərin körpüsündə olublar. Onlarla birlikdə şair Vəli Qaraçaylı və Azərbaycan Yazıçılar birliyinin sədrinin müşaviri Cənubi Azərbaycan komissiyasının sədri, AzTv-də “Körpü” verilişinin ideya müəllifi və aparıcısı Sayman Aruz olub. 
Deputatlar İranın Azərbaycana qarşı təhdidlərinə qarşı Cənubi Azərbaycandan olan şairimiz Məhəmmədhüseyn Şəhriyarın “Azərbaycan” şeiri ilə cavab veriblər.
Bununla həm də cənubdakı soydaşlarımıza bir mesaj göndərmiş olublar.
Şeiri deputat, akdemik Ziya Səmədzadə səsləndirib:
“Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan.
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.
Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan.
Bütün dünya bilir – sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub mülki-İran, Azərbaycan.
Bisütuni-inqilabda Şirin-vətən üçün Fərhad
Külüng vurmuş öz başına zaman-zaman, Azərbaycan.
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib “heçdir vətənsiz can”, Azərbaycan.
Qurtarmaqçün zalimlərin əlindən Rey şümşadını
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan.
Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!
İgidlərin İran üçün şəhid olub, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan.
Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!
Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!”ölkə.az

Manevr.az

Deputatlar İranla sərhəddə: Oyan, oyan, Azərbaycan! - VİDEO 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar