Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Nərimanovun varisindən ittihamlara cavab: “Bizdə Qarabağ və Zəngəzurla bağlı sənədlər var”

Tarix: 03-04-2023 12:36     Baxış: 3292 A- / A+


Nərimanovun varisindən ittihamlara cavab: “Bizdə Qarabağ və Zəngəzurla bağlı sənədlər var”Nəriman Nərimanovun varisi - qardaşı qızının nəvəsi Kamilə Hüseynova mərhum dövlət xadiminin Bakıdakı heykəlinin sökülməsi ilə bağlı fikirlərə münasibət bildirib.
 
Manevr.az bildirir ki, bu barədə modern.az-a açıqlama verən K.Hüseynova deyib ki, sosial şəbəkələrdə Nəriman Nərimanovla bağlı səsləndirilən tənqidi fikirlər həqiqəti əks etdirmir:
 
“Nəriman Nərimanovun Bakıdakı heykəli onun 100 illik yubileyi münasibəti ilə qoyulub. Mərhum Prezident Heydər Əliyev heykəlin qoyulması üçün iki il Moskva və ermənilərlə mübarizə aparıb. Bəlkə də, bunu hamı bilir. Hesab edirəm ki, heykəlin sökülməsini istəyənlər bu qədər zəhməti heçə sayanlardır".
 
K.Hüseynova qeyd edib ki, Nəriman Nərimanovla bağlı doğru olmayan informasiyalar paylaşılır:
 
“Guya onun Qarabağla bağlı hansısa sənədə qol çəkdiyini deyirlər. Halbuki, Nərimanov Qarabağın ermənilərə verilməsinə qarşı çıxıb. Bu barədə protokol və sənədlər var. Hazırda həmin sənədlər muzeydə saxlanır. Zəngəzurla bağlı sənədlər də mövcuddur. Hamı bildi-bilmədi danışır. İnsanlarda çaşqınlıq yaratmaq düzgün deyil. 70 ci illərdə Heydər Əliyev Nəriman Nərimanovun bütün arxivlərini açdırdı. Əgər Heydər Əliyev kimi dünyaşöhrətli siyasətçi Nərimanova o cür qiymət veribsə, məncə, başqa kimsənin danışmaq haqqı yoxdur. Heykəlin sökülməsinə gəlincə, mən, ancaq münasibət bildirə bilərəm. Bu,artıq dövlət orqanlarının məsələsidir”.
 

 
Qeyd edək ki, bir neçə gün əvvəl Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən “Böyük bağ” ərazisindəki büstünün sökülməsi barədə məlumat yayılıb. Büstün götürülməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bir çox insanlar Nərimanovun Bakıdakı heykəlinin də sökülməsi təklifi edib.
 
Xatırladaq ki, 1972-cı ildə dövlət xadimi, yazıçı, həkim Nəriman Nərimanovun heykəli Bakının Yasamal rayonunda ucaldılıb.
 
Məlumat üçün onu da bildirək ki, Nərimanovun adı tarixi mənbələrdə Qarabağda erməni muxtariyyətinin yaradılmasına razılıq verməkdə və Zəngəzurun Ermənistan SSR-ə bağışlanmasında hallanır. Türkiyənin müdaxiləsi nəticəsində Naxçıvanla bağlı da oxşar aqibətin yaşanmasının qarşısı alınıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar