Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

İran azərbaycanlı tələbə ilə bağlı bu tarixdə cavab verəcək

Tarix: 01-04-2023 18:36     Baxış: 3236 A- / A+
İran azərbaycanlı tələbə ilə bağlı bu tarixdə CAVAB VERƏCƏK


Fevralın 20-də Almaniyadan İrana səfər edən və sonra barəsində məlumat olmayan Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun axtarışını davam etdirir. O, Almaniyadan İrana səfər edib, oradan isə Azərbaycana gəlib. Amma hələ oğlunun taleyi ilə bağlı məlumat ala bilməyib.
 
Manevr.az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, Dilarə Əsgərova martın 31-də İranın Azərbaycandakı səfirinin müavini ilə görüşüb.
 
O, görüşdən sonra deyib ki, səfir müavini geci gələn həftənin çərşənbə axşamı, aprelin 4-dək Fərid Səfərli ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin notasına cavab veriləcəyini bildirib.
 
“Səfir müavini dedi ki, İrandakı yetkililərlə danışıblar. Ən geci, gələn həftənin çərşənbə axşamı Fəridlə bağlı məlumat veriləcək. Mən səfir müavininə dedim ki, martın 9-da Fəridlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi İran səfirliyinə nota təqdim edib. Sual etdim ki, bir adam haqqında öyrənmək nə qədər çəkir? O dedi ki, bayrama düşdü, məktubu hara göndərdik, oradan da harasa göndədik. Dedim ki, bu bir insan həyatıdır. Sizin məktublar gedir-gəlir. Amma, mən ana kimi oğlumun hər dəqiqəsindən narahatam. Bunu fikirləşmirsiniz? Dedi ki, bu dövlət işidir. Bir sözlə, dedi ki, bu bir prosedur qaydasıdır. Fəridlə bağlı isə bir məlumat vermədi. Dedim ki, oğlum İrandadır? O bir məlumat vermədi. Yalnız dedi ki, nə məlumat varsa ən geci gələn ikinci gün Fərid haqqında məlumat veriləcək”, ana qeyd edib.
 
Dilarə Əsgərova İrandakı axtarışları ilə bağlı deyib ki, İranda nə Fəridin tanışı olan qızı tapa bilməyib, nə də Fəridlə bağlı hər hansı bir məlumat öyrənə bilməyib.
 
Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub. Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərli ilə bağlı İranın Azərbaycandakı səfirliyinə bmartın 9-da nota ünvanlayıb. Nazirliyin notasına hələ cavab verilməyib.
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar