Xəbər lenti
İran Sübhanini İrəvana Qarabağ üçün göndərir - Bilgen
İran diplomatiyasının müxtəlif ölkələrlə qurulan əlaqələrdə öncədən bəlli olan refleks qəlibləri var. Məsələn, İranın Almaniya, Fransa, Finlandiya kimi ölkələrdəki səfirləri ilə Azərbaycan, Türkiyə, İordaniya, Misir kimi ölkələrdəki səfirlərinin missiyası fərqlidir.
Manevr.az bildirir ki, bu sözləri axsr.az-a İranın Dəməşqdəki səfiri Mehdi Sübhaninin Ermənistana təyin olunması ilə bağlı danışan “Türkiyə” qəzetinin yazarı Yılmaz Bilgen deyib.
Bilgen İran diplomatiyasının iki istiqamətindən bəhs edib:
“Bizim ölkələrimizə göndərdiklər İran diplomatlarının əsas missiyası məzhəb pərdəsi altında fanatizmi yaymaq, ya da kiçik “koloniya”lar, yəni mədəniyyət mərkəzləri və s. qurmaqdır. Fars milliyətçiliyinin yayılmasının mümkün olmadığı yerlərdə isə səfirlər əsasən daha kiçik hədəflərlə hərəkət edirlər, əsas missiyaları heç olmasa, rejim müxaliflərini neytrallaşdırmaq üçün bir zəmin formalaşdırmaqdır. Bizim ölkələrimizə özlərinin müstəmləkə siyasəti çərçivəsindən baxırlar. Qum kimi ideoloji mərkəzlərə insanları müxtəlif yollarla çəkib aparırlar, sonra onların böyük bir qismini casusluğa cəlb edir, ideoloji və s. təlimlər keçirirlər. İran diplomatik nümayəndəliklərinin xidməti maşınları ilə yerləşdikləri ölkələrə silah-sursat, muzdlu daşınması ilə bağlı çoxlu faktlar var. Cəmiyyətə açıqlanmasa da, vaxtilə bir sıra önəmli şəxslər mənə Türkiyədə törədilən 96 cinayətin arxasında İranın olduğunu deyiblər. Qəndil deyəndə həmişə ağlımıza İraq gəlsə də, terrorçuların ən çox gizləndiyi yerlərdən biri də sözügedən dağ silsiləsinin İrandakı hissəsidir. İran generallarının da onlarla tez-tez görüşdükləri haqqında çoxlu faktlar var”.
O, Sübhaninin Ermənistana səfir göndərilməsinin təsadüf olmadığını vurğulayıb:
“İranın Dəməşqdəki keçmiş səfiri Mehdi Sübhani məsələsi ilə bağlı isə gəlin fikirləşək, o, Bəşər Əsəd rejimi ilə hansı əlaqəni quracaq? Onsuz da Suriyada dördüncü firqə dedikləri Respublika Mühafizləri və Dördüncü Zirehli Diviziya hərbi birliklərinin komandanı olan Mahir Əsəd (Bəşər Əsədin qardaşı – red.) əllərindədir. Hazırda orada 55-60 min İrana bağlı şiə milisi var, ölkədə xüsusi xidmət orqanına rəhbərlik edən Əli Məmluk, Baş Qərargah rəisi İrana bağlıdır. Müttəfiq kimi görünsələr də, Rusiya ilə İran arasında Suriyada çəkişmə gedir. Sübhani də bütün bəhs etdiyimiz proseslərdə fəal iştirak etmiş təcrübəli şəxsdir və onun Ermənistana səfir təyin olunması təsadüf deyil. Onun orada əsas işi ölkədəki yezidi kürdlərini İranın təlimatları əsasında yenidən dizayn etməkdir. Birinci türk düşmənliyi ilə onları qızışdıracaq və yəqin ki, “muxtariyyət, dövlət” və s. vədlər verəcəklər. Sonra isə daha qatı formada onları yenidən formalaşdırma prosesi başlayacaq. İranın Sübhanini Ermənistana səfir göndərməsinə adi bir məsələ kimi baxmaq həddindən artıq sadəlövhlük olardı. Fikrimcə, Sübhani Suriya təcrübəsini Qarabağda tətbiq etmək, yəni öncə ortalığı qarışdırmaq, sonra həmin qarışıqlıqda İrana manevr sahəsi açmaq üçün Ermənistana səfir təyin olunub. Sizinlə əvvəlki söhbətimizdə İraq və Suriyada Qarabağda döyüşmək üçün terrorçuların yetişdirildiyi haqqında danışmışdıq. Bütün baş verənlərdən Sübhaninin xəbərsiz olması mümkün deyil. Bu təyinat o deməkdir ki, artıq əvvəldən hazırlanan ssenarinin yeni mərhələsi başlayıb”.
Qeyd edək ki, Yılmaz Bilgen İranın Qarabağda döyüşmək üçün İraq və Suriyada terrorçulara keçdiyi təlimlər haqqında bir neçə məqalənin müəllifidir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar