Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ordumuz Laçında ermənilərə belə zərbə vurdu - Bakının strateji əməliyyatı

Tarix: 31-03-2023 13:34     Baxış: 4187 A- / A+

“Azərbaycan ordusunun son dövrlər nəzarətə götürdüyü ərazilər, Laçın dəhlizindən xaric müxtəlif yollar, kommunikasiyalar və yüksəkliklər ilk növbədə Qarabağdakı erməni separatçılarına və onları himayə edən Rusiya sülhməramlılarına psixoloji təsir vasitəsidir”.
Manevr.az bildirir ki, bunu publika.az-a açıqlamasında “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib.
O bildirib ki, Azərbaycan heç də mövcud reallıqla hesablaşmaq fikrində deyil və mövqelərini öz ərazilərində möhkəmləndirməkdə israrlıdır:
“Qeyd etdiklərim məsələnin psixoloji tərəfidir. Bunun hərbi-taktiki tərəfi də var. Yüksəkliklər hər zaman ordunun nəzarətində olmaq baxımından son dərəcə əhəmiyyətlidir. Ordumuzun nəzarətə götürdüyü yüksəkliklər ətraf ərazilərə, o cümlədən Laçın dəhlizinə və Ermənistanın bir sıra yerinə nəzarət imkanı yaradır. Bundan başqa, bunun siyasi əhəmiyyəti də var. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan Rusiyaya sərt mesaj verir ki, Moskva Bakı və İrəvanla 10 noyabr 2020-ci il tarixində imzaladığı üçtərəfli bəyanatın tələbələrinə riayət etməlidir. Gördüyümüz kimi, Rusiya bu tələbələrə riayət etmir. Buna görə də artıq Azərbaycan məcbur olur ki, mövqelərini möhkəmləndirsin”.

Ə.Oruclu qeyd edib ki, son dövrlər Rusiya sülhməramlıları faktiki olaraq ermənilərlə müttəfiq rolunda çıxış edirlər:
“Belə olduğu halda, əlbəttə ki, Azərbaycan öz mövqelərini gücləndirməlidir. Çünki heç bir təminat yoxdur ki, Qarabağa daşınan silahlar, həmin “sülhməramlıların” vasitəsilə separatçıların gücləndirilməsi, təlimatlandırılması, onların ruhlandırılması bir gün öz sözünü deməyəcək. Bunu hərbi mənada nəzərdə tuturam. Ona görə də biz bütün bunlara hazır olmalıyıq. Bu mənada şübhəsiz ki, o yüksəkliklər və əlavə yollar Azərbaycan üçün əhəmiyyətlidir. Bakının uğurları, eyni zamanda rusları da qıcıqlandırır və onlara rəvac verir ki, Azərbaycana qarşı aqressivləşsinlər. Nəhayət sərhəddəki uğurlarımız dünyada Azərbaycana qarşı kampaniyaya da əsas verir. Təəssüflə qeyd etməliyəm ki, dünyanın hətta demokratik ölkələrində belə ermənilərə rəğbət edənlər yetərincədir. Onlar daim bundan Azərbaycana qarşı istifadə edirlər. Amma bu kampaniya biz istəsək də, istəməsək də, hər zaman olub”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar