Sizin Reklam Burada
Xəbər lenti
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Kim seçilirsə seçilsin, Türkiyə-Azərbaycan münasibətinə toxunmayacaq

Tarix: 31-03-2023 11:04     Baxış: 4244 A- / A+



Qardaş Türkiyədə prezident seçkiləri yekun mərhələyə daxil olur. Artıq Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədlərin yekun siyahısı dərc olunub.
Beləliklə, prezidentliyə namizədlərin adlarının əlifba sırası ilə - Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə, "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki Prezident Rəcəb Tayyib Ərdoğan və "ATA İttifaqı"nın namizədi Sinan Oğanın təsbit edilməsi qərara alınıb. Aprelin 1-də Komissiyada namizədlərin birləşmiş bülletendəki yerlərini müəyyən etmək üçün püşkatma olacaq. Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
 Manevr.az xəbər verir ki, ATA İttifaqından prezidentliyə namizəd Sinan Oğan Habertürk-ün suallarını cavablandırarkən Azərbaycanla da bağlı məsələyə toxunub. O bildirib: "Azərbaycanda aşağıdakı narahatlıqlar var. Düşünürlər, hakim alyans uduzsa, Türkiyənin Azərbaycana dəstəyi azalacaqmı? Deyim ki, kim seçilirsə seçilsin, Türkiyə-Azərbaycan münasibətləri sıradan münasibətlər deyil. Bu, dövlət siyasətidir. Bursada bayraq hadisəsini götürək. Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi düzgün dəstək idi. Əməyi keçəndən Allah razı olsun. Türkiyənin İHA və SİHA sərmayəsi doğru sərmayədir. Gələcək texnologiyalarda İHA və SİHA-larda hipersəs texnologiyasına çatmaq lazımdır. Çip texnologiyası gələcəyin texnologiyasıdır. Türkiyəni çip texnologiyası bazasına çevirə bilərik".
Prezidentliyə namizəd kürdlərin HDP-nin anti-türk siyasətinə də toxunub. "Biz HDP-nin Türkiyə siyasətinə sırımaq cəhdinin əleyhinəyik. HDP-nin əsas tələbi Suriyanın şimalında PKK strukturuna qarşı əməliyyatların dayandırılmasıdır. Bu qlobal layihədir, əsas məqsədi Suriyanın şimalında Kürdüstanı qurmaqdır. HDP və PKK nəyi hədəfləyir? Qırmızı Kürdüstan. Onların əsas qurucuları hansılardır? Sol, marksist, ateist quruluş. HUDA PAR-ın məqsədi yaşıl Kürdüstan qurmaqdır. Biri yaşıl, o biri qırmızı, digərindən heç bir fərqi yoxdur", - deyə prezidentliyə namizəd bildirib.milli.az

 Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar