Sizin Reklam Burada
Xəbər lenti
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi sağlamlığı daim diqqət mərkəzindədir" - Deputat

Tarix: 30-03-2023 23:08     Baxış: 3260 A- / A+


Azərbaycanda yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, hərtərəfli biliyə, geniş dünyagörüşünə, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət kimi formalaşmaları, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi böyümələri daim diqqət mərkəzindədir. 
Bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə Azərbaycanda gənc nəslin sağlam böyüməsi ilə yanaşı, həm də kamilləşməsi, zehni, intellektual inkişafı üçün geniş imkanlar yaradılır. Dövlətimiz bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, mənən kamil, Vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur. 
Manevr.az -ın xəbərinə görə, Millət vəkili Müşfiq Məmmədli manşet.az-a açıqlamasında bildirib ki, Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi sağlamlığı təbii ki, daim diqqət mərkəzindədir:
“Burada biz bir neçə nüansı xüsusilə qeyd etməliyik. İlk növbədə mənəvi və fiziki inkişafın və mənəvi sağlamlığın başlanğıcı ailədə qoyulur. Bu məsələlərdə ailədə davamlı şəkildə iş aparılmalıdır. Həm ailə məsələləri, həm də məktəbəqədər təhsil müəssisələri də burada çox mühüm rol oynayır. Burada həm uşaqların və gənclərin adaptasiyası, cəmiyyət üçün mənəvi cəhətdən yetişkin insanın formalaşdırılması məsələlərinə diqqət yetirsək, hazırkı vəziyyəti kafi qiymətləndirə bilərik. Nəyə görə kafi qiymətləndirə bilərik? Ona görə ki, ən azından biz gənclərimizin həyatda qazandıqları nailiyyətləri ətrafımızda ölkələrlə müqayisədə Azərbaycan gəncliyinin, Azərbaycandakı uşaqların inkişafının və bizim elmi və təhsil səviyyəmizi qiymətləndirsək, bunu kafi olaraq dəyərləndirə bilərik. Amma təbii ki, avropa ölkələri ilə, ABŞ ilə müqayisə etdikdə biz mənəvi cəhətdən Azərbaycan cəmiyyətinin, gəncliyinin, uşaqlığının daha təkmil olduğunu, təhsildə isə hələ bizim atacağımız addımlar çoxdur. Biz inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlmək üçün təhsilimizi daha modernizasiya etməliyik. Bu tədbirlərin də hər biri dövlət tərəfindən həyata keçirilir”.
Deputat qeyd edib ki, bu prosesdə ilk növbədə sağlamlığı ön plana çıxarılır:
“Çünki bütün yetişmiş şəxslərin, yetişkin insanların formalaşması üçün ilk önəmli məsələ sağlamlıqdır. Gənclərin və uşaqların sağlamlığının qorunması üçün dövlət tərəfindən həyata keçirilən "ana və uşaqların qorunması" proqramı vardır. Bundan başqa təhsilin formalaşması istiqamətində də dövlət addımlar atır. İdman qurğuları, sosial, asudə vaxtın daha səmərəli keçirilməsi üçün müxtəlif obyektlərin inşası həyata keçirilir. Dövlət tərəfindən bu proseslərin hər il artırıldığını istər büdcə vəsaitlərinin bu istiqamətə yönəlməsi, istərsə də o infrastruktur obyektlərinin tikintisi və müvafiq dövlət proqramlarının icrasının həyata keçirilməsinə şahid oluruq. Azərbaycan dövləti sosial modellərə uyğun şəkildə öz öhdəliklərini yerinə yetirir. Bu, kifayət qədər bariz şəkildə özünü nümayiş etdirir”.
Millət vəkilinin fikrincə, bu istiqamətdə biz məktəbəqədər, məktəb təhsili və ali təhsili daha da təkmil formaya salmaq lazımdır:
“Nəzərinizə çatdırım ki, ali təhsil haqqında yeni qanun müzakirələri davam edir. Bu müzakirələrdən sonra çox təkmil və dünya standartlarına uyğun ali təhsil müəssisələrimizin yeni dövrün tələblərinə uyğunlaşdırılması prosesi gedəcəkdir. Eləcə də peşə təhsili və orta təhsil sahəsində də çox böyük addımlar atılır. Bununla yanaşı, biz bədən tərbiyəsi və idmanın təhsillə paralel şəkildə daha da genişləndirilməsini həyata keçirməliyik. Bu istiqamətdə QHT, təhsil müəssisələri, səhiyyə müəssisələri, ictimaiyyət nümayəndələri daim təbliğat prosesini artırmalıdır”.
Müşfiq Məmmədli hesab edir ki, gənclərin inkişafı infrastrukturun olması yetərli deyil:
“İnfrastrukturdan səmərəli istifadə çox önəmlidir. Mən düşünürəm ki, məktəb proqramlarında fiziki tərbiyənin daha da yüksək səviyyəyə çatdırılması üçün mühüm və yeni addımlar atılmalıdır. Çünki biz indiki İT texnologiyalarının inkişafında  artıq fiziki hərəkətin bir qədər azalmasına şahid oluruq ki, bu da təhlükəli tendensiyalardan xəbər verə bilər. Bir də qidalanma mədəniyyətinin daim valideynlər, məktəb, KİV tərəfindən təbliği çox önəmlidir. Çünki "fastfood" qidalara yönəlmə gəncliyimizin əvvəlcə fiziki, sonra isə mənəvi inkişafında müəyyən problemlərə gətirib çıxara bilər. Bütün bunlarla yanaşı, ümumiləşdirsək, ailə tərbiyəsinin ön plana çıxarılması, ailə-məktəb əlaqəsinin ön plana çıxarılması, ali təhsil müəssisəsi, cəmiyyət və paralel şəkildə QHT, o cümlədən də KİV-in simbiozu və dövlətin infrastruktur və sosial dövlət modelinə uyğun şəkildə müvafiq addımlarının məcmusu bizi daha yeni bir mərhələyə aparıb çıxara bilər. Amma ümumiyyətlə qiymət verdikdə isə biz vətən müharibəsindən sonra bir daha əmin olduq ki, gəncliyimiz həm mənəvi cəhətdən, həm fiziki cəhətdən, həm də ruh cəhətdən kifayət qədər yetkindir və öz dövlətinin, öz prezidentinin ətrafında sıx birləşibdir. Məncə bu, bizim gəncliyimizin kifayət qədər yetkin olmasına bir nümunədir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar