Sizin Reklam Burada
Xəbər lenti
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Müşfiq Məmmədli: "Cəlladlar uşaq, qoca, qadın demədən əhalini kütləvi surətdə qətlə yetiriblər"

Tarix: 30-03-2023 22:39     Baxış: 3236 A- / A+

Azərbaycan xalqı tarixən yurdsevərliyi, mübarizliyi, sülhniyyətli olması ilə fərqlənib. Tarixə nəzər salsaq, Azərbaycan xalqının hər zaman mənfur düşmənlərin xain, çirkin əməlləri ilə üzə-üzə qaldığını görərik. Millətimizə qarşı törədilən bu cinayətlərdə neçə-neçə mərd övladlarımız şəhid olub, yüzlərlə qəhrəmanımız sağlamlığından keçərək qazi olub. Xalqımızın XX əsrdə başına gələn ən böyük faciələrdən biri – 1918-ci ilin mart soyqırımından 105 il keçir.
Manevr.az-ın xəbərinə görə, Milli Məclisin deputatı Müşfiq Məmmədli hesab edir ki, mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Deputat oxu.az-a açıqlamasında qeyd edib ki, əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladlar uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetiriblər:
“Onminlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar qılıncdan, süngüdən keçirilib, diri-diri yandırılıb.
Erməni vandallar milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib”.
Deputat onu da əlavə edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı:
“İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bildiyimiz kimi, 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insan qalıqları üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparılan zaman məlum oldu ki, yüzlərlə həmvətənimiz işgəncə ilə qətlə yetirilib.
Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılmasına qərar verdi. Memorial kompleks 2012-13-cü illərdə Quba şəhərində, Qudyalçayın sol sahilində inşa edildi və 2013-cü il sentyabrın 18-də açıldı”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar