Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

Prezidentin yüksək vəzifə verdiyi Zaur Mikayılov kimdir?

Tarix: 30-03-2023 15:40     Baxış: 3459 A- / A+


   
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yeni Agentliyin tərkibinə verilib.
Manevr.ax xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.
Xatırladırıq ki, Z.Mikayılov ali təhsilini Türkiyənin Boğaziçi Universitetində alıb. O, 2001–2009-cu illər ərzində “Bakcell” MMC-də baş kommersiya inzibatçısı kimi işləyib. 2009-2015-ci illərdə “Port Baku”nun baş meneceri olmaqla yanaşı, bir sıra yüksək vəzifələri icra edib. 2015-2016-cı illərdə “Paşa İnşaat”da, 2016-2018-ci illərdə isə "Agro Supply" MMC-nin direktoru vəzifəsində çalışıb.
Z.Mikayılov 2018-ci ilin noyabrından 2021-ci ilin yanvarına qədər Azərbaycan Supermarket MMC-nin direktoru vəzifəsində işləyib. Bu MMC-yə ölkənin ən böyük marketlər şəbəkəsi olan “Bravo” supermarketlər şəbəkəsi daxildir.
2021-ci il 5 apreldə Prezidentin sərəncamı ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar