Xəbər lenti
Ərdoğanın bu məktubu yunanları təəccübləndirdi

Manevr.az xəbər verir ki, bu haqda Türkiyənin “Hürriyət” qəzeti məlumat yayıb.
Məlumatda Afinada Ərdoğan və Çavuşoğlunun məktublarının 6 fevral zəlzələlərindən sonra iki ölkə arasındakı münasibətlərin dəyişməsinin konkret örnəyi kimi dəyərləndirildiyi qeyd olunub.
Co Bayden də daxil, bir çox ölkənin rəhbərindən təbrik mesajlarının gəlməsinə baxmayaraq, Rəcəb Tayyib Ərdoğanın və Mövlud Çavuşoğlunun məktubu daha çox diqqəti cəlb edib. Yunan mediası məktubu “Ərdoğandan səmimi məktub”, “Böyük sürpriz” kimi təqdim edib. Türkiyə Prezidenti məktubunda Yunanıstan hökumətinə və xalqına zəlzələ yardımına görə təşəkkür edib, birgə fəaliyyətlə iki ölkə arasında əlaqələrin və əməkdaşlığın inkişafına inandığını bildirib. Mövlud Çavuşoğlu isə məktubunda öz həmkarına “sevgili Nikos” deyə xitab edib və ölkələr arasında mehriban qonşuluq əlaqələrinin qarşıdakı dövrdə də davam edəcəyinə inandığını bildirib. Çavuşoğlu əlaqələrin hazırki müsbət gedişatına daha çox töhfə verməyə hazır olduqlarını bildirib.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar