Sizin Reklam Burada
Xəbər lenti
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan 30 illik layihəni DARMADAĞIN etdi - Xankəndidə yaşayan ermənilər...

Tarix: 26-03-2023 14:03     Baxış: 4228 A- / A+


  
“Ordumuzun hərəkətə keçməsi antiterror əməliyyatının bir hissəsidir. Orada 10 minə yaxın terrorçu var. Onların təminatı Ermənistandan gəlir. Orada Azərbaycan Konstitusiyasına zidd olan hərbi birləşmələri saxlamaq üçün onlara mütləq yol lazımdır”.
Manevr.az bildirir ki, bu sözləri musavat.com-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
f30c1dd6-ab66-3012-b2fc-b21c7f70448b_850.jpg (80 KB)
Politoloq xatırladıb ki, münaqişənin əvvəlində Ermənistan Laçın ərazilərini işğal etmişdi, çünki onlar özləri üçün yol yaratmalı idilər:
“Sonradan işğalı daha da genişləndirdilər. Yəni hərbi məntiq bundan ibarətdir. İndi isə Azərbaycan çox humanist formada onların təminat imkanlarını bağlayır. Çünki mülki əhali üçün hansısa malların gətirilməsi, yaxud da onların gedib-gəlməsi üçün heç bir qadağa yoxdur.
Biz görürük ki, müxtəlif yerlərdən reaksiyalar var - Rusiyanın bəyanatı, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə zəng etməsi. Lakin hamı yaxşı başa düşür ki, Xankəndidə yaşayan ermənilər qondarma rejimin hərbi institutlarına tabe olmayacaq. Qalan qalacaq, qalmayan çıxıb gedəcək”.
Tofiq Zülfüqarovun sözlərinə görə, Azərbaycan bu şəkildə öz siyasətini davam etdirir. Ərazi bütövlüyünün və suverenliyin bərpası məhz bu şəkildə gedir:
“Tərk-silah prosesi artıq başlayıb. Onlar çox narahat olacaqlar ki, silah-sursat gəlmir, təminat yoxdur və s. Çünki onlar muzdlu terrorçulardır. Bu, onların 30 il öncə yaratdıqları layihənin sonudur. Azərbaycan bu duruma son qoymaqda israrlıdır. Çox vacib siyasi proseslər gedir. Mən əminəm ki, dövlətimizi bu bəladan birdəfəlik qurtarmaq üçün Azərbaycan rəhbərliyində, xalqında siyasi iradə var”.
"İrandan hansı addımları gözləmək olar?" sualına politoloq belə cavab verib:
“Dünənki əməliyyat Azərbaycan ərazisində keçirilib. İran elitasında çox ciddi ziddiyyətlərin olması barədə məlumatlar sızır. Azərbaycana dırnaqarası təhdidlər daha çox daxildə istifadə olunur. Onlar yaxşı başa düşürlər ki, Azərbaycanın imkanları, hərbi müttəfiqləri çoxdur. Bu baxımdan İranın təhdidləri real görsənmir. Onlar bu əhval-ruhiyyəni ona görə yaradırlar ki, daxildə gedən proseslərdə düşmən obrazı yaratsınlar. İran uzaqbaşı hansısa təxribat törədə bilər. Onlar yaxşı başa düşürlər ki, Azərbaycana gücləri çatmaz. Biz bu təbliğat müharibəsini bu şəkildə qəbul etməliyik”. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar