Xəbər lenti
Azərbaycan Ermənistanla razılığa gəlib? - ŞƏRH
Sülh müqaviləsinin imzalanacağına əminliyini ifadə edən Mirzoyan vurğulayıb ki, Ermənistan və Azərbaycan bir sıra məsələlərdə ideal olmasa da, məqbul həll yolunu tapıblar.
Ermənistanın yeni müharibəyə hazırlaşması barədə xəbərlərin yayıldığı məqamda XİN başçısının bu mesajı nədən irəli gəlir? İrəvan bununla vaxt qazanmağa çalışır, yoxsa həqiqətən tezliklə sülh olacaq?
Manevr.az-ın xəbərinə görə, mövzunu modern.az-a şərh edən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, Mirzoyan belə bir açıqlamanı hazırkı durumda hər iki tərəfi qane edən mətni nəzərdə tutaraq deyib. Politoloq hesab edir ki, hazırda sülh müqaviləsinin imzalanması üçün şərait var:
"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün şərait mövcuddur. Yaxın günlərdə ABŞ Dövlət Departmentinin rəhbəri Antoni Blinkenin iştirakı ilə Amerikada görüşün keçirilməsi gözlənilir. Azərbaycan və Ermənistan arasında keçiriləcək bu görüşdə sülh müqaviləsinin mətni son variant kimi baxışdan keçirilə bilər. Eyni zamanda, bu yaxınlarda Blinkenin "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması çox yaxındır" deməsi həqiqəti əks etdirir".
Politoloqun fikrincə, Azərbaycanın son günlər erməni təxribatlarına təmkinlə yanaşması ABŞ-da keçiriləcək görüşlə bağlıdır:
"Ermənistana sülh müqaviləsini imzalamaması üçün təzyiq göstəriləcək. Ermənilərin son təxribatları fonunda Azərbaycanın təmkin nümayiş etdirməsinin və hələ də Qarabağın dağlıq hissəsindən keçən yük avtomobillərini vurmamasının səbəbi var. Səbəb ABŞ-da keçiriləcək görüşü, onun nəticəsinin olub-olmayacağını gözləməyimizdir. Əgər ABŞ-da keçiriləcək görüş nəticəsiz olacaqsa, bu, yeni antiterror əməliyyatına gətirib çıxaracaq. Ermənistanın Baş naziri də, xarici işlər naziri də bunu başa düşməlidir. Azərbaycan təmkinlə prosesləri qiymətləndirir. ABŞ görüşündə nəticə əldə olunmasa, Azərbaycan antiterror əməliyyatından üzüağ çıxacaq".
Zaur Məmmədov vurğulayıb ki, budəfəki mətndə Qarabağ sözü yer almayacaq:
"Biz beynəlxalq ictimaiyyət qarşısında dəlillərlə çıxış etmişik. Videokadrlarda aydın şəkildə hərbi avtomobillərin gedişi, onları kimin və ya kimlərin müşahidə etməsi ilə bağlı məlumatlar var. Amerikada keçiriləcək görüşdə hər iki ölkənin qarşılıqlı şəkildə sərhədləri, ərazi bütövlüyünü tanıması və sülh müqaviləsini imzalaması ilə bağlı mətn müzakirə olunacaq. Bu mətn bir neçə dəfə gözdən keçirilib. Burada bir məqam var. O da Qarabağla bağlıdır. Əgər əvvəlki mətnlərdə Qarabağla bağlı məsələ gələcəyə saxlanılırdısa, bu dəfə Qarabağ sözündən istifadə edilməməsindən söhbət gedir. Ermənistan bilməlidir ki, sadalanan proseslər müəyyən konvensiyalar əsasında olacaq. Tutaq ki, Almata sazişinə istinad ediləcəksə, bu, birmənalı olaraq Qarabağın Azərbaycan ərazisi olması anlamına gələcək. Yəni Ermənistan mətndə Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanıyacaqsa, bu avtomatik olaraq Qarabağa da şamil ediləcək. Azərbaycanın istəyi məhz Qarabağ məsələsinin sözügedən mətndə olmaması, onun Azərbaycanın daxili məsələsi kimi qəbul edilməsidir. Bir sözlə, Ermənistan ikibaşlı oynaya biləcəyini düşünməsin".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar