Sizin Reklam Burada
Xəbər lenti
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyədəki seçkini fürsət bilib, Azərbaycana qarşı… - General

Tarix: 23-03-2023 16:12     Baxış: 3223 A- / A+


   
Artıq 10 noyabr bəyannaməsinin imzalanmasından 29 ay keçir. Keçən müddət ərzində Ermənistan Azərbaycanın xoş niyyətini anlamadı, başda İran olmaqla, gah Avropaya, gah ABŞ-a, gah da başqa güclərə maşalıq edərək sülh müqaviləsi imzalanmasına imkan vermədi.
Manevr.az bildirir ki, bu sözləri axar.az-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz son proseslər haqda danışarkən deyib.
General Ermənistanın İranla koordinasiyalı şəkildə hərəkət etdiyini bildirib:
“Rəsmi İrəvan gördüyü beynəlxalq hüquqa zidd işlərin əksəriyyətini İranla koordinasiyalı şəkildə aparır. Son dövrlərdə Ermənistana yüksək səviyyəli İran rəsmilərinin səfərlərinin artması, aparılan danışıqlar və verilən mesajlar da bunu göstərir. SEPAH-ın müxtəlif təhdid videoları yayımlaması da Azərbaycana qarşı aparılan hibrid müharibənin fərqli bir formasıdır. Bütün bunları dövlət olaraq qeyd etdiyimizi də bildirmək istəyirəm”.
Yücel Karauz Türkiyənin Şuşa Bəyannaməsinin şərtlərinə uyğun şəkildə addımlar atmaqda tərəddüd etməyəcəyini vurğulayıb:
“Hazırda dünyanın bir çox yerində - Suriyada, Baltikyanı bölgədə, Qara dənizdə və qonşumuz Gürcüstanda müxtəlif hadisələr cərəyan edir. İki gün öncə Rusiya Qara dənizdə böyük təlim keçirdi. Dolayısı ilə revanşist qüvvələr də dünyada mövcud olan xaotik vəziyyətdən faydalanaraq vaxt qazanmaq yolu ilə məsələni daha da uzatmaq istəyirlər. Əlbəttə, bunu qəbul etmək mümkün deyil. Cənab İlham Əliyevin də dediyi kimi, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa və 10 noyabr bəyannaməsindən irəli gələn öhdəliklərini yerinə yetirməsə, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Türkiyədəki seçkiləri fürsət bilənlər və Azərbaycanı təklədiklərini zənn edənlər çox yanılırlar. Türkiyədə seçkilərdə və ondan sonra nə baş verirsə versin, dövlətimiz ehtiyac yarandığı anda Şuşa Bəyannaməsinin tələblərinə uyğun şəkildə hərəkət etməkdən çəkinməyəcək. Heç nə, heç bir şey Şuşa Bəyannaməsindəki qardaşlıq ruhuna xələl gətirə bilməz”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar