Xəbər lenti
Üfüqdə sülh görünmür, əsgərimizin yaralanması... - Şok açıqlama
Manevr.az bildirir ki, bunu teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O qeyd edib ki, Ermənistanın atdığı addımın hər hansı bir qarşılığını təbii bütövlüküdə harada yaşamasından asılı olmayaraq ermənilərin hamısı ödəyəcək:
“Çünki biz sülh üçün bütün jestləri etdik, addımları atdıq. Prezident də Talış kəndində bunu birmənalı şəkildə bildirdi: “Ermənistana sülh lazım deyilsə, heç Azərbaycana da lazım deyil”. Bu, əslində qarşı tərəflə istənilən variantla danışmağa hazır olduğumuzu göstərir. Amma bütün hallarda Azərbaycan özünün mövcud olduğu strateji mövqelərdə daha da güclənməkdədir”.
Partiya sədri hesab edir ki, ermənilərin revanşist duyğularını ortadan qaldırmaq üçün ciddi hazırlıqlar aparılır:
“Novruz bayramı günündə ermənilərin təxribatı, bir əsgərimizin yaralanması əslində bir çox vacib məqamlardan xəbər verir. Bu baxımdan da Azərbaycan bu cür təxribatçı niyyətləri, revanşist addımları cavabsız qoymayacaq”.
Fazi Mustafaya görə, Ermənistan növbəti dəfə lazımı səviyyədə zərbə aldıqdan sonra özləri sülhün onlar üçün zəruri olduğunu görəcəklər:
“Hələ ki, üfüqdə sülh görünmür. Ola bilsin ki, gərginlik bundan sonra daha da yüksələcək. Çünki Azərbaycanın sülh təklifindən kənar Ermənistana hansıa bir güzəşti ola bilməz. Ermənilər bunu qəbul etməsələr özləri üçün çox böyük tarixi xətaya yol vermiş olacaqlar. Hətta 44 günlük savaşdan sonra qarşı tərəf daha ciddi zərbə alacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar