Sizin Reklam Burada
Xəbər lenti
21-12-2024
20-12-2024
BÜTÜN XƏBƏRLƏR

İran Naxçıvanda təxribat hazırlayır?

Tarix: 20-03-2023 18:27     Baxış: 4346 A- / A+


İran Naxçıvanda təxribat hazırlayır?

Naxçıvanda yanacaq qıtlığı təhlükəsi var.
Buna səbəb TIR-ların İrana keçidinə qarşı tərəfdən maneə yaradılmasıdır. Ötən gün də TIR sürücüləri yenidən Naxçıvan şəhər TIR parkında aksiya keçiriblər. Onlar İran gömrüyünün əməkdaşlarının son iki ayda hər dəfə sərhədi keçərkən rüşvət tələb etməsinə etiraz olaraq artıq səfərə çıxmayacaqlarını bildiriblər. Görünür, İran bilərəkdən belə təxribatçı addımlar ataraq, narazılıq yaratmağa çalışır.
Manevr.az-ın xəbərinə görə, cebhe.info-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, Naxçıvan ərazisində yanacaq qıtlığı təhlükəsinin yaranmasının birbaşa günahkarı İrandır:

"Biz belə təxribatların baş verəcəyini ehtimal edirik. Çünki müxtəlif bəhanələrlə təxribat törətmək İrana xas  yanaşmadır. Məhz TIR sürücülərinin aksiya keçirməsinin də əsas səbəbi İran gömrüyündə yaradılan süni əngəllər və rüşvət tələb etmələridir. Rəsmi Tehran bu cür addımları ilə Naxçıvana təzyiq göstərməyə çalışır. Həmçinin, İran bu addımları ilə Azərbaycana öz əlində təsir imkanlarının olduğunu nümayiş etdirməyə cəhd edir. Lakin Zəngəzur dəhlizinin çəkilməsi də daxil olmaqla, Azərbaycan bir sıra mühüm regional layihələri həyata keçirdikdən sonra İran tərəfi bu cür süni əngəlləri yarada bilməyəcək. Yəni bu kimi imkanlardan da məhrum olacaq". 
Politoloq vurğulayıb ki, bunlar İranın son çırpıntılarıdır: "Onlar son imkanlarından maksimum dərəcədə istifadə etməyə çalışırlar. Ancaq bunun heç bir nəticəsi olmayacaq. Naxçıvan sakinləri də İranın düşmən mövqeyindən çıxış edən bu addımlarını yaxşı görür və başa düşürlər. Ona görə də bayram günlərində İranın Naxçıvanda vəziyyəti gərginləşdirməyə yönəlmiş bu cür təxribatçı addımlarının heç cür mehriban qonşuluq siyasəti çərçivəsində əməkdaşlığa yaza bilmərik. Əksinə bu, onsuz da soyuq olan münasibətləri daha da gərginləşdirir. Digər tərəfdən, İran Azərbaycanla sərhədə hərbi texnikasını yığmaqla da yenidən regionda gərginliyin artırılmasına çalışır. Hesab etmirəm ki, bu addımlar da regiondakı təhlükəsizlik arxitekturasına zərbə vuracaq. Çünki Azərbaycan güclü dövlətdir. Azərbaycanın güclü ordusu və müzəffər Ali Baş Komandanı var. Azərbaycanla bu cür hədə və təhdid dili ilə danışmaq mümkün deyil.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar