Xəbər lenti
Merkelin Putindən mavilərlə bağlı xahişi
Almaniya kansleri Angela Merkel bu gün Rusiya prezidenti Vladimir Putinlə Soçidə apardığı danışıqlar barədə fikirlərini bölüşüb. Manevr.az xəbər verir ki, tərəflər görüşdə xarici siyasətlə bağlı müxtəlif məsələləri, o cümlədən Ukrayna və Suriya böhranını müzakirə ediblər.
A.Merkel, həmçinin danışıqlar zamanı Çeçenistanda cinsi azlıqların hüquqlarına əməl olunmaması məsələsinə toxunub. Kansler bildirib ki, ona Çeçenistanda baş verənlərlə bağlı mənfi hesabat təqdim olunub. O, bununla əlaqədar olaraq Putindən cinsi azlıqların hüquqlarının qorunması məsələsinə diqqətlə yanaşmağı xahiş edib.
Xatırladaq ki, “Novaya qazeta” qəzeti bu yaxınlarda mavilərin Çeçenistanda məruz qaldıqları hallarla bağlı məqalə dərc edib. Nəşr qeyd edib ki, respublikada mavilər təqib olunur və bu təqiblər bir sıra hallarda ölümlə nəticələnir.
Öz növbəsində Çeçenistan hakimiyyəti qeyri-ənənəvi seksual oriyentasiyaya malik şəxslərin təqib olunduğunu təkzib edib və məqalə müəlliflərini üzr istəməyə çağırıb. Bildirilib ki, yazıda yer alan fikirlər Çeçenistanda təhqir kimi qəbul olunub. Putin bununla əlaqədar olaraq Çeçenistanın rəhbəri Ramzan Kadırovu qəbul edib. Kadırov Rusiya prezidentini əmin edib ki, yayılan məlumatlar həqiqi deyil və provokasiya xarakteri daşıyır. Kremldə Kadırovun açıqlaması kafi qiymətləndirilib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, respublika başçısına inanmamaq üçün əsaslar yoxdur. Çünki prezident bundan əlavə, xüsusi xidmət orqanlarından da informasiya alır.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar