Sizin Reklam Burada
Xəbər lenti
21-12-2024
20-12-2024
BÜTÜN XƏBƏRLƏR

İran Azərbaycana hücuma hazırlaşır?

Tarix: 17-03-2023 16:50     Baxış: 3319 A- / A+


İran Azərbaycana hücuma hazırlaşır? 

İran Qarabağda və Ermənistan- Azərbaycan sərhədində ölkəmizə qarşı tərxibatlar planlaşdırır. 
Türkiyə mətbuatında yayılan məlumatlara görə, İran İnqilab Keşişçiləri Korpusu (SEPAH) Qarabağa 4000 döyüşçü göndərib. Bununla yanaşı, digər informasiya mənbələrinin məlumatlarında qeyd edilir ki, SEPAH Suriya və İraqda kürd və erməni terrorçuları, hətta İrana bağlı olan şiə hərbi birləşmələrin ünsürlərindən ibarət silahlı dəstə formalaşdırıb. Məqsəd bu silahlı dəstəni Ermənistana və Qarabağa göndərməklə bölgədə Azərbaycan Ordusu ilə təxribatxarakterli toqquşmalar yaratmaqdır. 
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert İlham İsmayıl cebhe.info-ya açıqlamasında qeyd edib ki, İran Azərbaycanda, xüsusilə qanuni ərazimiz Qarabağda vəziyyətin gərginləşdirilməsində maraqlıdır. 

“Əvvəla, bu məlumat Türkiyə mətbuatında yayılıb. İran İslam İnqilabçıları Keşikçiləri Korpusu 4000 min nəfərlik muzdlu döyüşçülərdən ibarət ordu yaradıb. Bu ordu “Fatima” və “Zeynəb” adlı iki hərbi birləşmədən ibarətdir. Bu iki hərbi birləşmədə düyüşçülərin çoxu əfqan və pakistanlı şiələrdən ibarətdir. İranın məqsədi muzdlu döyüşçülərdən ibarət ordunu Ermənistana göndərmək və oradan Qarabağa yollamaqdır. Hətta İsrail mətbuatı da İranın bu çirkin niyyəti barədə məlumat verib. İranın ölkəmizə qarşı bu kimi məkrli və oyunbaz planları bizə kifayət qədər imkan verir ki, Rusiya Federasiyasına bu barədə müraciət edək. Rusiyanın hərbi-siyasi rəhbərliyinə xəbərdarlıq etməliyiq ki, rus sülhməramlıları nəzarət etdiyi ərazilərimizdə qeyri-qanuni silahlı dəstələri aradan qaldırmır, ən əsası ordumuzun növbəti antiterror əməliyyatlarına zərurət yaranır”. 
Ekspert bildirib ki, bu kimi özbaşnaşlıqların qarşısının alınması üçün yeganə yol Ermənistanla sərhədin Laçın istiqamətində nəzarət-keçid məntəqisinin əsasını qoymaqdır: 
“Rusiya Sülhməramlı Kontigentinin rəhbərliyi bizim xəbərdarlıqlarımıza məhəl qoyumur. Çünki bölgədə hər hansı təxribat və toqquşmaların baş verməsi rus sülhməramlı qüvvələrin mandatının uzadılmasına şərait yaradır. İrana xəbərdarlığın heç bir mənası yoxdur. Bu ölkə kiçik bir müraciətə belə cavab vermir. Hesab edirəm ki, ordumuza qarşı hər hansı təxribatın törədilməsi bütün qeyri-qanuni dəstələrin məhv edilməsinə gətirib çıxaracaq. Ordumuz istənilən terrorçu dəstəni tam zərərsizlişdirmək iqtidarındadır. Eyni zamanda, İran və Ermənistanın çirkin oyunları barədə məsələləri beynəlxalq aləmdə geniş yayacağıq. İran Azərbaycanda sabitliyin və inkişafın olmasında maraqlı deyil. Hər zaman Ermənistanın yanında yer alıb. Regionda gərginliyin kəskinləşməsində İran Rusiyadan daha çox maraqlıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar