Sizin Reklam Burada
Xəbər lenti
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Novella Cəfəroğlu: “Qadına “samovar” deyən adamı necə müdafiə edim?” 3

Tarix: 16-03-2023 16:49     Baxış: 371 A- / A+


Novella Cəfəroğlu: “Qadına “samovar” deyən adamı necə müdafiə edim?”

“Müxalifət cəbhəsinin niyə bu səviyyəyə enməsi barədə bir söz deyə bilmərəm. Amma bilirsiniz ki, həmişə siyasi motivlə həbs edilənlərin hamısını müdafiə etmişik. Əvvəl də bunu demişəm –  mən Bəxtiyar Hacıyevi o vaxta qədər müdafiə edə bilərdim ki, onun mesajları ortaya çıxmazdı. Bundan qabaq deyirdim ki, Bəxtiyarı azadlığa buraxmaq lazımdır. İndi də deyirəm. Düzdür, məni müxalifət söyür, lakin Bəxtiyara həmin qadınlarla bağlı işlətdiyi ifadələrə görə ayrıca cəza verilməlidir. Həmişə müxalifət deyirdi ki, hökumət şəxsi görüntüləri çəkir və sair. İndi isə hökumət etməyib, özü hüquq müdafiəçisi olan şəxs bunu edib. Qadınların videosunu, şəklini Bəxtiyar özü çəkib. Qadına “samovar” deyən adamı mən necə müdafiə edim? Mən Qadın Hüquqları Müdafiə Cəmiyyətiyəm, arxamca yüz söz deyilir. Biz nə qədər qadını müdafiə etmişik, xeyli sayda ərizələr var. Bu gün barəmdə təhqirlər yazmaqlarına baxmayaraq, Bəxtiyarı müdafiə etməyəcəyəm. Qadınlar haqqında nalayiq sözlər deyən, onların şəkillərini özündə saxlayan adama qətiyyən bəraət qazandırmıram, onu ayrıca maddə ilə cəzalandırmaq lazımdır”.
Manevr.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.
N.Cəfəroğlu Prezident İlham Əliyev barəsində müsbət fikirlər səsləndirdiyi üçün onu tənqid edən müxalifət üzvlərinə isə belə cavab verib:
“Dünən İlham Əliyevin Almaniyada Azərbaycan dilində danışmasına “bayılmışam”. Mənim Prezidentimdir. Həmişə ingilis dilində danışırdılar. Dilimizi orda səsləndirdi ki, “mən Azərbaycanın Prezidentiyəm”. Bu, pisdir? Sevinmirsiniz? Mən bunu niyə tərifləməyim? Elə yaşdayam ki, bu saat heç kimin sözünə baxmıram, öz ağlımla iş görürəm. Mən keçən yolu qoy bu müxalifətin hamısı keçsin… Neçə illərdir, müxalifətdəyəm, hamısının arxasında durmuşam, müdafiə etmişəm. Həbsxanalardan tutmuş, bütün məsələlərdə. Bir balaca nəsə olanda mənim üstümə qaçırlar. Ayrı adamın üstünə qaçmırlar ki… Prezident xoşuma gəlir, indi məni bunlar öldürəcəklər? Tənqid də edirəm. Məmurlar özbaşınalıq edirlər, korrupsiya da var. Bunların hamısını deyirəm də. Amma Prezidentin xarici siyasəti, Azərbaycanı dünyaya tanıtması çox gözəldir, xoşuma gəlir, vəssalam. Bu, mənim fikrimdir. Nə istəyirlər, desinlər, heç vecimə də deyil".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar