Xəbər lenti
Ermənistan gizli yolla İsrail silahları alır? – Hərbi ritorika güclənir
İsrail dünya silah sənayesində özünəməxsus paya sahib olan ixtisaslanmış ölkədir. Rəsmi Təl-Əvivdən silah alan ölkələrin statistikasına baxdıqda son illərdə Hindistanın önə keçdiyini görmək olar. Azərbaycan isə hazırda İsraildən ikinci ən çox silah idxal edən ölkədir.
Hindistanın son illərdə İsraildə bu qədər çox silah idxal etməsi rəsmi Dehlinin aldığı silahları Ermənistana verməsi mövzunu aktuallaşdırır.
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, silah alan ölkələr üzərində öhdəliklər olur:
“Yəni silah idxal edən ölkə həmin silahların istehsalçısı olan ölkənin icazəsi, razılığı olmadan onları üçüncü tərəfə sata, bağışlaya bilməz.
Ermənistanın Hindistan vasitəsilə İsrail silahlarına çıxışı müşkül məsələdir. İsrail silah satacağı ölkələri hərbi-texniki əməkdaşlıqla yanaşı etibar dərəcəsinə görə seçir.
İsrailin gözündə Azərbaycan etibarlı dövlətdir, onun Ermənistanla əlaqələri isə çox məhduddur. Üstəgəl Azərbaycan yerləşdiyi regionda İranla bağlı önəmli mövqeyə sahibdir, İrəvan isə Tehranla dostdur.
Bu baxımdan İsrailin Azərbaycanı Ermənistanın ayağına vermək kimi bir səviyyəyə enəcəyini söyləmək olmaz”.
Politoloq deyib ki, İrəvanın hazırkı mövqeyində müşahidə olunan aqressiv ritorika onun yeni silahlar əldə etməsindən qaynaqlanır:
“Ancaq inanmıram ki, Ermənistan Azərbaycanın arsenalındakı ən müasir silahların analoqlarına malik ola bilsin.
Birincisi, Azərbaycan silah trafikini diqqətdə saxlayır;
İkincisi, Ermənistanın silahlanması regional təhlükəsizliyə risk yaratdığından Azərbaycan onun silahlanma həddinə diqqət edir.
Yəni Ermənistanın silahlanma dozası Azərbaycanın nəzərindəki standartlardan kənara çıxacaqsa, Bakı dərhal sərt qərarlar qəbul edəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar