Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Şolts yenə erməniləri məyus etdi

Tarix: 14-03-2023 18:05     Baxış: 4214 A- / A+



Almaniya "Dağlıq Qarabağ"ı respublika kimi tanımamışdı.
Manevr.az trend-ə istinadən xəbər verir ki, bunu Berlində Almaniya Kansleri Olaf Şolts Prezident İlham Əliyevlə mətbuata birgə keçirilən mətbuat konfransında sualları cavablandırarkən deyib.
Xatırladaq ki, daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın Almaniya səfəri zamanı bu məsələ müzakirə olunmuşdu. Erməni mediası Almaniya Kansleri Olaf Şoltsun açıqlamasını fərqli formada tirajlamışdı. Erməni mediasında qeyd olunurdu ki, guya Olaf Şolts "Dağlıq Qarabağ" vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququ baxımından sülh yolu ilə həllə nail olunmasına böyük əhəmiyyət verir.Görüşdən sonra Almaniya hökumətinin saytında Almaniya kansleri Olaf Şoltsun sözügedən açıqlaması isə qeyd olunmamışdı, bu da ermənilər tərəfindən ciddi narazılıqla qarşılanmışdı.
Bu dəfəki açıqlamasında isə Şolts növbəti dəfə erməniləri məyus edib. Ermənilər ciddi cəhdlə elə bir görüntü yaratmağa çalışırdılar ki, guya Alamaniya siyasi rəhbərliyi onların separatçı fəaliyyətini dəstəkləyir.
Lakin Prezident İlham Əliyevlə birgə keçirilən mətbuat konfransı zamanı Almaniya Kansleri Olaf Şolts jurnalistin "Siz Qarabağı Azərbaycan ərazisi kimi tanıyırsızmı?" sualına "Beynəlxalq səviyyədə Almaniya "Dağlıq Qarabağ"ı respublika kimi tanımamışdı və bununla da o vaxtı Almaniya öz mövqeyini bildirmişdi" deyə cavablandırdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar