Sizin Reklam Burada
Xəbər lenti
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

İran Azərbaycana hücumlar təşkil edə bilər - Deputatdan XƏBƏRDARLIQ

Tarix: 14-03-2023 13:08     Baxış: 3197 A- / A+

“Müstəqillik əldə edilən dövrdən indiyə kimi İranın Azərbaycana münasibəti dəyişməyib. Bu, həmişə aqressiv və bir müstəmləkə baxışı olub. Sadəcə bəzən bu açıq, gizli və aqressiv mərhələlərdən keçirdi". 

Bunu “Turan”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib. 
O, İranın bundan heç vaxt qazanmadığını düşünür: "Vətən müharibəsi dövründə İran Ermənistana silah göndərdi və heç bir nəticə əldə edə bilmədi. Qafan-Gorus yolu vasitəsilə Azərbaycan sərhədlərini pozaraq Qarabağa yenə silah və terrorçu göndərdi, amma bu yolu da biz bağladıq. Son dəfə Qarabağa göndərdiyi 19 terrorçunun siyahısı da var bizdə. Nəticə etibarilə İran heç nə əldə edə bilməyib. Əksinə, həm beynəlxalq münasibətlər sistemində getdikcə daha çox terroru dəstəkləyən dövlət kimi özünü tanıtdı, həm də öz vətəndaşları olan 30 milyondan çox bizim soydaşlarımızın etibarını itirib". 
Babaoğlunun sözlərinə görə, İran bundan o tərəfə addım atmağa cəsarət edə bilməz: "Çünki nəticə etibarilə bir suveren ölkənin hüquqlarına müdaxilə etmiş olacaq ki, Azərbaycan öz müttəfiqləri ilə birlikdə buna adekvat cavab vermək məcburiyyətində qalacaq. Azərbaycan qardaş Türkiyə ilə 2021-ci ildə Şuşa bəyannaməsini imzalayıb, eyni zamanda, Azərbaycanın çoxsaylı dost ölkələri var ki, birlikdə regionda Azərbaycan diktə edən tərəfdir". 
Onun fikrincə, paralel olaraq yumşaq güc vasitəsilə İran Azərbaycanın daxili işlərə qarışmağa çalışır, buna qarşı da hazırda ölkənin hüquq-mühafizə orqanları tədbirlər görür: "Elə bir gün bundan öncə Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı nəticəsində Azərbaycan dövlətinə qarşı iş aparmağa cəhd edən bir qrup vətəndaş ifşa edildi. İran daha çox bundan sonra dinin müəyyən radikal qruplaşmaları üzərindən insanların inanclarını istismar edərək Azərbaycana qarşı hücumlar təşkil edə bilər. Amma bu, effektiv olmayacaq, çünki Azərbaycan dindarları da savadlıdır və vətənpərvərdir"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar