Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Xankəndindəki ermənilər Bakıda: Vəziyyət dəyişəcək

Tarix: 13-03-2023 14:49     Baxış: 3472 A- / A+
Prezident Administrasiyası Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsini təklif edir: gündəm reinteqrasiya və ermənilərin yaşadığı ərazilərdə infrastruktur layihələrinin müzakirə edilməsidir;

Görüş yeri kimi Bakının təklif edilməsinin əsas əhəmiyyəti odur ki, Qarabağdakı ermənilərlə təmaslarda reinteqrasiyanın alternativi yoxdur. Və rəsmi Bakı bu təkliflə birdən çox gediş edir:

Birincisi, erməni əhalinin nümayəndələri Bakıya gələcəksə, reinteqrasiyanı qəbul etmiş olacaqlar: Xocalı görüşündən sonra separatçılar bunun əleyhinə olan açıqlamalar vermişdi, mümkün Bakı görüşündən sonra vəziyyət dəyişəcək;

İkincisi, görüşün Bakıda keçirilməsi Rusiyanın “moderator” qismində iştirakını istisna edir: Xocalıdakı görüşün sülhməramlıların qərargahında baş tutması onların başda əyləşməsinə şərait yaradırdı;

Üçüncüsü, ermənilər görüşdən imtina edəcəksə, bu, onların “təmaslardan qaçdığı” deməkdir və Bakı “təmasların” indi qurulmasını istəyən Qərbə “prosesin qarşısını alan və erməni əhalisi ilə təmaslara imkan verməyənlərin” separatçılar olduğunu göstərə, onlara qarşı mümkün praktiki addımlarını “erməni əhalisinin hüquqlarının qorunması” adı altında da legitimləşdirə biləcək;

Görüş təklifində əsas məqamlardan biri də Qarabağda infrastruktur layihələrinin müzakirə edilməsidir. Ki bu, erməni əhalisinə Azərbaycana inteqrasiyanın daha yaxşı yaşamaq imkanı yaradacağına dair müsbət siqnallar ötürür.

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar