Sizin Reklam Burada
Xəbər lenti
21-12-2024
20-12-2024
BÜTÜN XƏBƏRLƏR

Kimlər əfvə düşəcək? - Əliməmməd Nuriyev kriteriyaları açıqladı

Tarix: 11-03-2023 15:51     Baxış: 3249 A- / A+


Kimlər əfvə düşəcək? - Əliməmməd Nuriyev kriteriyaları açıqladı

Azərbaycanda ölkə başçısının əfv sərəncamı imzalaması gözlənilir.
Demək olar ki, hər il müəyyən əlamətdar günlərlə bağlı imzalanan əfv sərəncamının bu il may ayında Heydər Əlyevin anadan olmasının 100 illiyi ərəfəsində imzalanması bildirilib.
Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası da prosesə başlayıb. Komissiya tərəfindən indiyədək bir neçə iclas keçirilib və müraciətlərə baxılıb.
Ümumilikdə neçə nəfərin bağışlanması və siyasi məhbuslardan kimlərin əfv olunacağı cəmiyyəti maraqlandıran suallardandır.
Bu barədə Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, əfv hüququ Prezidentin müstəsna qanuni səlahiyyətlərindən biridir:
“Müstəqillik əldə edildikdən sonra ilk Konstitusiyaya əfv hüququ Prezidentin qanuni səlahiyyətləri kimi daxil edildi. Bildiyimiz kimi, bu il ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi elan olunub. Bu böyük tarixlə bağlı çoxsaylı müxtəlif tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər sırasında əfv sərəncamının olmasını da gözləmək mümükündür.
İlk Konstitusiyanın müəllifi mərhum prezident Heydər Əliyev olub. Eyni zamanda, əfv hüququnun da Konstitusiyaya daxil edilməsi onun təşəbbüslərindən biri idi. 1995-ci ildən bu günədək 68 əfv sərəncamı imzalanıb, onun 32-i Heydər Əliyev, 36-ı isə Prezident İlham Əliyev təfindən imzalanıb. Nəticədə 8 980-dən çox məhkum cəzadan azad edilib. Onların 95 faizi azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad edilənlərdir. Bu, ölkəmizin konstitusiyamızın təbiətindən və prezidentlərimizin fəaliyyətlərindən, humanizm, mərhəmət, sosial ədalət prinsiplərindən irəli gəlir”.
Komissiyanın üzvü yanvardan indiyədək 1200-dən çox müraciətə baxıldığını qeyd edib:
“Yanvarın 12-dən etibarən Əfv Məsələləri Komissiyası iclaslara başlayıb. İndiyədək 9 iclas keçirilib, 1200-dən artıq müraciətə baxılıb, müvafiq rəylərin hazırlanması ilə bağlı qərar qəbul edilib. İclaslar sonrakı həftələrdə də davam edəcək. Güman etmək olar ki, may ayında Prezident tərəfindən növbəti əfv sərəncamının imzalanmasının şahidi olacağıq.
Əfv sərəncamının nə zaman imzalanması və kimlərin orada qeyd olunması Prezidentin səlahiyyətləri sırasındadır. Son qərar da Prezident tərəfindən qəbul edilir. Sadəcə, Əfv Məsələləri Komissiyası əfv hüququnun həyata keçirilməsinin təşkilatı texniki cəhətdən təmin edir.
Şübhəsiz ki, komissiyasının üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Çünki Prezidentin etimad məsələsi var. Komissiyasının üzvləri proseslərə çox həssaslıqla yanaşır, Əfv Məsəlləri Komissiyasının sədri bütün əfv komissiyasının iclaslarında çox işgüzar bir müzakirə mühiti yaradıb. 18 üzvün hər biri daxil olmuş müraciətlə bağlı öz fikrini ətraflı təqdim etmək imkanına malikdir".
Əliməmməd Nuriyev müraciətlərə baxılarkən aşağıdakı meyarların əsas götürüldüyünü vurğulayıb:
“Qərarlar səsvermə ilə verilir. Cəmiyyətin, dövlətin, barəsində vəsatət qaldırılan şəxsin, eyni zamanda, zərərçəkmişin maraqları arasında balans təmin edilməklə qəraralar qəbul olunur. O demək deyil ki, hər kəs müraciət etdi və onun müraciətinə uyğun olaraq dərhal qərar verildi. 
Burada cəmiyyətin maraqları, yəni gələcəkdə azad ediləcək şəxslərin kriminogen vəziyyətə nə qədər təsiri olacağı, cəmiyyətin bu şəxsin azad edilməsini necə qarşılayacağı nəzərə alınır. Dövlətin maraqları çox vacib, əhəmiyyətlidir. Həmçinin, zərəçəkmişin maraqları nəzərə alınmalıdır. 
Müraciət edən şəxsin, məhkumun ailə vəziyyəti, əvəllər cinayət törədib törətmədiyi, şəxsiyyəti, cəza müddətində islaha meyilliliyi, davranışı, cəzanın çəkildiyi müddət, bütün bunlar kompleks şəkildə qiymətləndirilir. Sosial-ədalət, mərhəmət və humanizm prinsipi əsas götürərək rəylər hazırlanıb Prezidentə təqdim olunur”.
Komissiyanın üzvü müraciət edənlər arasında keçmiş məmur və siyasi məhbuslardan kimlərin olması sualına isə belə cavab verib:
“Əfv komissiyası üçün fərq yoxdur. Yəni biz müraciət edənlər arasında hansısa fərq qoya bilmərik, burada xüsusi yanaşma edə bilmərik. Kimin aktiv və passiv fəaliyyət göstərməsi məsələsi əsas deyil. Hər şeydən əvvəl sadaladığım prinsiplər əsas götürülməklə əfv komissiyasının meyarları əsasında tövsiyə xarakterli qərar qəbul edilir. Son qəti qərar isə Prezident tərəfindən qəbul edilir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar