Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

SON DƏQİQƏ! Rəsmən ELAN ETDİLƏR - İran bu ölkə ilə barışdı

Tarix: 11-03-2023 12:15     Baxış: 4285 A- / A+


İran və Səudiyyə Ərəbistanı 7 ildən sonra diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.
 xəbər verir ki, İran və Səudiyyə Ərəbistanı mətbuatında öz əksini tapan xəbərə görə, əlaqələrin normallaşdırılması üçün martın 6-da Çinin paytaxtı Pekində Çin səlahiyyətliləri vasitəsilə danışıqlara başlayan iki ölkənin yüksək səviyyəli təhlükəsizlik rəsmiləri arasında görüş olub.
Razılaşma barədə İran, Səudiyyə Ərəbistanı və Çin birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, İran və Səudiyyə Ərəbistanı iki ay ərzində diplomatik əlaqələrin bərpası, səfirlik və nümayəndəliklərin qarşılıqlı olaraq yenidən açılması ilə bağlı razılığa gəlib.
Xatırladaq ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfər terrorizm ittihamı ilə edam edilib. Edamlara reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra İranda nümayişçilər tərəfindən Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binaları yandırılıb. Yəməndə 2015-ci ilin martında başlayan böhran səbəbindən onsuz da gərginləşən diplomatik əlaqələr edamlardan sonra tamamilə kəsilib.musavat.com

Manevr.az
640bb9194e3fe024aca45761.jpg (69 KB)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar