Manevr.az-ın xəbərinə görə, mövzunu konkret.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Ermənistanda 48 yaşına qədər kişilərin hərbi təlimlərə çağırılması 44 günlük müharibə dövründən sonra sistematik hal alıb: “Belə ki, müharibədə ordusu darmadağın olan Ermənistan öz hərbi qüvvələrini bərpa etməyə cəhd göstərir. Eyni zamanda öz cəmiyyətində belə bir abu-hava yaratmağa çalışır ki, guya Ermənistan ordusu yenidən toparlanacaq. Əhali arasında kütləvi hərbi təlimlərə çağırış da məhz bu hərbi gücün artırılmasına hesablanıb. Guya bununla yenidən revanş hisslərinə əl atılacaq və Azərbaycan ərazilərini işğal etməklə bağlı niyyətlər həyata keçiriləcək. 2021-2022-ci illərdə bir neçə aylıq bu cür təlimləri müşahidə etmişik. Hazırda baş verənlər də həmin prosesin davamıdır”.
![Oqtay Qasımov: “Doğru cavab vermişəm...”;İlham İsmayıl: “Tarixi danası deyiləm” » Teref.az](http://teref.az/uploads/posts/2016-06/1464756495_1.jpg)
Politoloqun sözlərinə görə, erməni cəmiyyətində 44 günlük savaşın nəticələri ilə razılaşmayanlar bu və ya digər formada özlərini göstərirlər: “Xüsusən, revanşistlər və müxalifət düşərgəsini təmsil edənlər bu cür məkrli fikirlərindən əl çəkmirlər. Ermənistan yenidən silahlanma fəaliyyəti ilə məşğuldur. Bu sahədə İrəvana İran, Hindistan, Rusiya və digər dövlətlər yardım göstərir. Əsasən Hindistandan reaktiv yaylım və hava hücumundan müdafiə sistemləri, o cümlədən İrandan dronlar göndərilir. İranlı təlimatçılar Qarabağa gələrək oradakı separatçılara və Ermənistan ordusuna müəyyən təlimlər keçirlər. Amma hesab edirəm ki, yaxın dövrlər üçün Ermənistanın Azərbaycanla yenidən hərbi qarşıdurmaya getmək və revanş əldə etmək imkanları yoxdur. Vətən Müharibəsindən sonra bir neçə dəfə buna cəhd edilib. Həm 2021-ci ilin noyabr, həm 2022-ci ilin avqust-sentyabr aylarında Ermənistan tərəfinin cəhdləri Azərbaycan ordusunun qətiyyəti ilə baş tutmayıb. Beləliklə, yaxın zamanlarda irimiqyaslı hərbi münaqişənin olacağını güman etmirəm. Amma İrəvan tərəfindən sistemli təxribatların törədiləcəyi gözləniləndir”.