Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

İsrailin İran xəbərdarlığı: Müharibə ola bilərmi? - Ekspert

Tarix: 10-03-2023 17:12     Baxış: 3451 A- / A+


Sabah İran kimi fəaliyyətləri proqnozlaşdırılmayan molla rejiminin əlində nüvə silahı olarsa, bunun dünyaya nə qədər təhdid olduğunu açıqlamağa ehtiyac yoxdur. Çünki bu, hər kəs üçün aydındır. Ona görə də İsrail müdafiə nazirinin səsləndirdiyi bəyanatlar bunu deməyə əsas verir ki, böyük ehtimal yaxın günlərdə İranın nüvə tədqiqatları və zənginləşdirilməsi ilə məşğul olan obyektlərinə preventiv zərbələr endiriləcək. Həmçinin, bu işdə ABŞ qüvvələrinin də iştirakı mümkündür. Lakin genişmiqyaslı müharibənin başlayacağını düşünmürəm.
Manevr.az bildirir ki, bu sözləri axar.az-a son dövrlər İsrail rəsmilərinin “İrana qarşı bütün variantlar nəzərdən keçirilir” bəyanatı haqda danışan hərbi ekspert Ədalət Verdiyev deyib.
Ə.Verdiyev bildirib ki, bu gün İranın nüvə silahına bu qədər yaxınlaşmasının əsas günahkarlarından biri məhz MAQATE-dir:
“Həmçinin, səbəbkarlar arasında onun rəhbəri Rafael Qrossi və ya onun vəzifəsində daha əvvəl çalışan digər məmurlar var. Nəticə etibarı ilə bu gün İran nüvə silahı üçün zəruri olan zənginləşdirilmiş uranın bir addımlığındadır. Bəlkə də artıq onu əldə edib. İllərdir İrana gedib-gələn komissiyalar, MAQATE rəsmiləri və s. indiyədək ortaya normal sənəd çıxarıb, İranın nüvə silahını əldə etməyə yaxın olduğunu açıqlamadı. Nədənsə onu daha çox müdafiə etməyə çalışdılar. Bu gün isə İran regional təhdiddən qlobal təhdidə çevrilib. Bu, təbii ki, yalnız Azərbaycanı və regionda olan ölkələri yox, böyük təşkilatları, o cümlədən, BMT-nin Təhlükəsizlik Şurasını narahat etməlidir. Ancaq əfsuslar olsun ki, hələ də R.Qrossi kimi İranın nüvə obyektlərinə hücumu qanunsuz hesab edən şəxslər tapılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar