Sizin Reklam Burada
Xəbər lenti
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Rəisi Ərdoğanın ayağına buna görə gedir - HƏYƏCAN artır

Tarix: 09-03-2023 16:03     Baxış: 4250 A- / A+


Xəbər verdiyimiz kimi, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında prezident İbrahim Rəisinin Türkiyəyə səfər edəcəyini açıqlayıb.
Abdullahian səfərin əvvəlcədən planlaşdırıldığını xatırladıb: “Səfər Türkiyədə baş vermiş zəlzələyə görə təxirə salındı. Ümid edirəm ki, yaxın vaxtlarda prezident İbrahim Rəisi ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında səmərəli görüş olacaq”.

Görüşün səmərəli olma ehtimalı nə dərəcədədir?

Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu açıqlamasında bildirib ki, bu səfərin hər iki ölkənin xarici işlər nazirinin keçirdiyi görüşdə İranın Türkiyə-Rusiya-Suriya formatında görüşlərə qatılması ilə bağlı Ankaranın razılıq verməsi fonunda baş tutması təsadüfi deyil.
1594884672239549466_1200x630.jpg (236 KB)
Ekspert vurğulayıb ki, görünür, Tehran Türkiyə tərəfinin təklifi və rəsmi Moskvanın vasitəçiliyi ilə baş tutacaq bu görüşdən kənarda qalmasından ciddi narahatlıq keçirir:
“İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Ankaraya səfər etməsini, Çavuşoğlu ilə görüşünü və ardınca da İran prezidentinin səfərinin açıqlanmasını başqa cür şərh etmək mümkün deyil. Suriya rəsmi Tehran üçün olduqca əhəmiyyətlidir, bu səbəbdən də üçlü görüşə qatılmaq və meydanda olduğunu göstərmək üçün əlindən gələni edir.
Başqa bir məqam isə Tehranın da görüşə qatılmasıyla, Moskvanın nə dərəcədə Dəməşqlə Ankara arasında vasitəçilik missiyasını uğurla həyata keçirə biləcəyi ilə bağlıdır. Tehran dəfələrlə Suriya ilə bağlı hədəflərini və maraqlarını açıqlayıb, Dəməşqə də ciddi təsir imkanlarına malikdir. Eyni zamanda Türkiyənin bölgədə möhkəmlənməsində maraqlı deyil. Ukrayna ilə başı müharibəyə qarışan Moskva isə əksinə, maksimum dərəcədə bölgədə Ankara ilə işbirliyində maraqlı tərəf kimi özünü göstərir. Lakin vurğulamaq lazımdır ki, hər üç ölkənin bölgədəki maraqları kəsişir. Bu mənada keçirilməsi planlaşdırılan görüşdə konkret nəticələrin əldə edilməsi şübhəli olduğundan, görünür, Rəisi görüşə qədər Türkiyə prezidenti ilə görüşməklə Ankaranın nəbzini birinci şəxsin özündən yoxlamaq fikrindədir. Bu, İrana ilk növbədə görüşə daha hazırlıqlı getmək üçün lazımdır”.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar