Xəbər lenti
Sülhün alternativi yoxdur: "Araik seçim qarşısında qalıb"
Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində yerləşdirilən rus sülhməramlıların müvəqqəti məsuliyyət sahəsində qanunsuz məskunlaşmağa çalışan separatçı-terrorçuların başçısı Araik Arutyunyan erməniləri “mübarizə”yə səsləyib.
O, “təhlükəsizlik şurasının” iclasında separatçıların heç vaxt özünüidarəetmədən vazkeçmək istəmədiyini deyib.
Lakin Araik erməni icmasında inteqrasiya tərəfdarlarının olduğunu da etiraf etmək məcburiyyətində qalıb:
“Bizim iki seçimimiz var: ya mübarizəni davam etdirməliyik, ya da cəmiyyətdə elə bir fikir yaranıbsa, Azərbaycanın təqdim etdiyi təklifi qəbul etməliyik. Onda insanlar öz vətəndaş hüquqları çərçivəsində sözlərini deyə bilərlər ki, bizim seçdiyimiz yol səhvdir və yeni “hökumət” qurarlar. Amma nə qədər ki, biz mübarizə yolunu seçmişik, ilk növbədə qərarımıza hörmətlə yanaşmanızı və bu kimi hallara reaksiya verməməyinizi, buna daxili siyasi çalarlar qatmamağınızı xahiş edirəm”.
Maraqlıdır, separatçılar yeni təxribata hazırlaşmağa cəhd edirlər?
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı cebhe.info-ya açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, son dönəmlərdə Azərbaycan çox qəti və prinsipial mövqe ortaya qoyub:
“Xüsusilə Laçın yolu üzərində nəzarət-buraxılış məntəqələrinin qoyulmasına dair tələb artıq reallaşdırılmalıdır. Digər tərəfdən Xankəndi-Xəlfəli-Turşsu yolunda baş vermiş hərbi təxribat da onu göstərir ki, sülhün heç bir alternativi yoxdur. Nə qədər ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılmayıblar, bu cür insidentlər baş verəcək.
Bunun qarşısını isə cəld bir şəkildə almağa ehtiyac var. Eyni zamanda, Azərbaycan Müdafiə Nazirliyi çox kəskin bəyanatı ilə nümayiş etdirdi ki, çox önəmli və adekvat addımlar atıla bilər. Xüsusilə bölgədən Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə bağlı bu mövqe özünü nümayiş etdirir”.
Politoloq vurğulayıb ki, separatçıların rəhbəri Araik Arutyunyanın erməniləri “mübarizə”yə səsləməsinin də heç bir əhəmiyyəti olmayacaq:
“Bir müddət öncə separatçıların təhlükəsizliyi istiqamətində fəaliyyət qurmağa çalışaraq özünü “dövlət naziri” adlandıran Ruben Vardanyan da vur çağırışlar edirdi.
Lakin heç bir nəticəsi olmadı. Hazırda Araikin də seçim qarşısında qaldıqlarını göstərən məqam mövcuddur. Düşünürəm ki, Qarabağdakı etnik erməni icması separatçıların özünə qarşı mübarizəyə qalxmalıdır. Eyni zamanda, Azərbaycan vətəndaşlığını almaq üçün bu mübarizə genişlənməlidir. Yalnız bununla regiondakı təhlükəsizlik mühiti gücləndirilə bilər.
Qarabağdakı etnik ermənilər anlamalıdırlar ki, Ermənistan silahlı qüvvələrinin orada qalması onlara heç nə qazandırmayıb. Bu baş verən proseslər isə həm də onların daha sürətli şəkildə Azərbaycan vətəndaşlığını almasına gətirib çıxarmalıdır.
Artıq bütün proseslərin ona doğru getdiyini düşünürəm. Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qurulmasına dair mövqe özünü qabarıq şəkildə nümayiş etdirir və reinteqrasiya prosesinin geniş təkan almasına gətirib çıxaracaq. Məhz bu səbəbdən də Ermənistan tərəfi bu prosesləri uzatmaq yolunu tutub. Buna baxmayaraq, öz istəklərinə nail ola bilməyəcəklər”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar