Sizin Reklam Burada
Xəbər lenti
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Xocalı canisinin adamı Bakıya gəlir, terrorçu diversantlara baş çəkməyə... - icazə veriləcəkmi?

Tarix: 07-03-2023 10:59     Baxış: 4219 A- / A+


Avronestin toplantısına gələcək Sərkisyanın partiyasından olan deputat erməni terrorçularla görüşmək istəyir; Çingiz Qənizadə: “Prinsipcə, şərait yaradıla bilər, amma bizdə hərbi əsir yoxdur, onlar cinayətkardır”

“Bakı həbsxanalarında saxlanılan erməni hərbi əsirlərlə görüşmək imkanı var”. Bunu Ermənistan parlamentindəki ənənəvi brifinqlərdə müxalifətçi deputat, Ermənistan Respublika Partiyasının (sədri Xocalı hərbi canisi Serj Sərkisyandır) üzvü Hayk Mamicanyan deyib. Onun sözlərinə görə, bu fürsətdən istifadə etmək lazımdır. “Avronest Parlament Assambleyasının növbəti sessiyası payızda Bakıda keçiriləcək. Bakıya uçası olsam, mən hər şeyi edəcəyəm ki, bir il əvvəl Azərbaycan Milli Məclisinin sədrinə göndərdiyim məktubda Bakıda erməni hərbi əsirlərlə görüşün təmin edilməsi ilə bağlı xahişim həyata keçsin. Bu, bizə onlara baş çəkməyə, durumları və vəziyyətlərindən xəbər tutmağa imkan verəcək bir fürsət pəncərəsi ola bilər”, - deyə Mamicanyan bildirib.
Artsax xalqının öz doğma torpağında yaşamaq hüququ var: Hayk Mamicanyan
Hayk Mamicanyan 

Ermənistan tez-tez Azərbaycanda olan əsirlər məsələsini gündəmə gətirir. Müxtəlif platformalarda, görüşlərdə əsirlərin azad olunması qaldırılır. Ancaq bizdə olan hərbi əsirlər yox, postmüharibə dönəmində ərazilərimizdə təxribat törətmiş diversiya qruplarının üzvləri, cinayətkar şəxslərdir. Azərbaycanda erməni hərbi əsir yoxdur. Yeri gəlmişkən, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan martın 1-də Əsirlərin, məhbusların və itkin düşmüş şəxslərin məsələləri ilə məşğul olan İdarələrarası Komissiyanın iclasında məlumat verib ki, Azərbaycan müharibədən sonra ümumilikdə 173 hərbi qulluqçu və mülki şəxsi Ermənistana təhvil verib. Bəs Sərkisyanın partiyasından olan deputatın həbsdə olan diversantlarla görüşünə şərait yaradıla bilərmi?
Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin bildirdiyinə görə, payızda Avronestin növbəti toplantısının Bakıda keçirilməsinin planlaşdırılması həmin qurumun növbəlik əsasında verdiyi qərardır. Hüquq müdafiəçisi xatırlatdı ki, Ermənistanda və başqa dövlətlərdə də sözügedən təşkilatın tədbirləri keçirilib. “Ermənistanda olarkın bizim nümayəndə heyətinə göstərilən hörmətsizlik yaddan çıxmayıb. Onların oteldən çıxışına məhdudiyyət qoyuldu, yeməkləri xüsusi nəzarətə götürüldü, Avronestin təşəbbüsü ilə verilən ziyafət zamanı erməni qulluqçular xidmətdən imtina etdilər... Bütün bunlar erməni şovinizminin və faşist yanaşmasının içüzü idi. Sözsüz ki, onların hərəkətlərini qınadıq. Ancaq erməni nümayəndələr bundan əvvəl də Bakıda beynəlxalq tədbirlərdə iştirak ediblər, onlara bu münasibət sərgilənməyib. Əminəm ki, Avronestin Bakıdakı toplantısında təhlükəsizlik Azərbaycanın peşəkar xüsusi xidmət orqanları tərəfindən yüksək səviyyədə təmin ediləcək. Çünki şəhərimizə gələcək ermənilər qonaqdır, kimliyindən asılı olayaraq Azərbaycanda beynəlxalq tədbirin iştirakçısıdır”, -  deyə Ç.Qənizadə öncə tədbir haqda mövqeyini ifadə etdi.
Erməni diversantlarla görüşə gəlincə, Ç.Qənizadə bunu, prinsipcə, mümkün sayır: “Mən istərdim ki, Azərbaycan dövləti həmin erməni deputatın diversantlarla görüşünü hüquq-müdafiə təşkilatlarından bir neçəsinin iştirakı ilə təşkil eləsin. Eyni zamanda deputatlar da görüşdə iştirak edə bilər. Bu, bir daha bizim obyektiv və ədalətli olduğumuzu göstərəcək. Üstəlik, bizdə erməni əsir yoxdur, onlar terrorçulardır. Bu şəxslər diversiya qruplarının üzvləri, əli qana batmış ermənilərdir. Onlar hərbi əsir sayılmır. Bu terminə fikir verilməlidir. Biz bildirməliyik ki, hərbi əsir yoxdur, müharibədən sonra hamısı qaytarılıb, sadəcə, erməni hərbi təxribatçıları var və qanunlarımızla mühakimə edilənlərdir. Bu mənada onlarla görüş istənilsə, şərait yaradıla bilər”.
Bildirək ki, Mamicanyan radikal-revanşist qüvvələri təmsil edən 2 müxalif blokdan birinin - “Şərəfim var” deputat fraksiyasının üzvüdür. Az öncə fraksiyanın yeni rəhbəri seçilib. Blokda Qarabağ klanına, sabiq prezident, Xocalı hərbi canisi Serjik Sərkisyana sadiq deputatlar, irqçi-türkofoblar yığışıb. Mamicanyanın özü də Azərbaycan və Türkiyəyə münasibətdə Sərkisyan və Köçəryandan geri qalmayanın biridir. Qısası, “müharibə partiyası”nı təmsil edir.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar