Xəbər lenti
MM sabah iclasa başlayır: Nələr müzakirə ediləcək?

Mayın 2-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, iclasda 13 məsələ müzakirə olunacaq.
Milli Məclis “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “SOCAR Umid Oil and Gas Limited” şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” “SOCAR Umid Oil and Gas Limited” şirkəti ilə “Umid, Babək Eksploreyşn end Prodakşn” şirkəti arasında müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” və Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi haqqında qanun layihələrinə baxacaq.
İclasda, həmçinin “Turizm haqqında” qanun layihəsi nəzərdən keçiriləcək.
Deputatlar “Diplomatik xidmət haqqında”, “Pasportlar haqqında”, “Dərman vasitələri haqqında”, “Yeyinti məhsulları haqqında və “Reklam haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə münasibət bildirəcəklər. İnzibati Xətalar, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri barədə müzakirə aparılacaq. “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinə ikinci oxunuşda baxılacaq.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar