Xəbər lenti
"Moskva yaxşı görür ki, onu Ermənistandan sıxışdırılıb çıxarmaq istəyirlər"
“Ermənilər başa düşməlidir ki, onların Qarabağ ərazilərində qalıb yaşamasının və fəaliyyət göstərməsinin tək yolu Azərbaycan qanunlarına tabe olmaqdan keçir. Bu addım separatçıların beyinlərində hələ də qalmaqda davam edən ideyalarına birdəfəlik nöqtə qoymaq baxımından olduqca vacibdir”.
Manevr.az bildirir ki, bu barədə bizimyol.info-ya politoloq Rəşad Bayramov danışıb. Politoloq hesab edir ki, bir müddət sonra Rusiyanın hansısa formada Ermənistana təzyiqlərinin şahidi olacağıq. Çünki Rusiyanın başı hər nə qədər Ukrayna ilə savaşa qarışsa da onların Ermənistandan bu qədər asan imtina etmələri mümkün deyil.Rəşad Bayramov
“Paşinyanın tədricən Rusiyadan uzaqlaşaraq Qərbə sığındığını rəsmi Moskva yaxşı görür və onu da görür ki, Avropa İttifaqı müşahidə missiyası ilə Ermənistanda yerləşən dövlətlərin növbəti hədəfi Rusiyanın Ermənistandan tamamilə sıxışdırılıb çıxarılmasından ibarətdir. Bu da heç bir halda Rusiyanın maraqlarına cavab vermir. Çünki Rusiyanın Cənubi Qafqazda yeganə hərbi bazası Ermənistan ərazisində yerləşir və bundan sonra nə Azərbaycan nə də Gürcüstan Rusiyaya öz ərazisində hərbi baza yaratmaq imkanı tanımyacaq. Odur ki, Rusiya nə hesabına olursa olsun Ermənistanda qalmaq üçün təzyiq edəcək”,- deyə Rəşad Bayramov bildirib. Onun sözlərinə görə, amma bu heç də Rusiyanın bizim mövqeymizdən çıxış edəcəyi anlamına gəlməməlidir. Sadəcə indiki mərhələdə Paşinyan hakimiyyətinin mövqelərinin zəiflədilməsi üçün Ermənistanın cəzalandırılması lazımdır və bunu Azərbaycan vasitəsilə edə bilər.
“Başqa sözlə desək, Rusiyanın problemi Ermənistanla yox konkret Paşinyan hakimiyyətiylədir. Sabah onun zəifləyəcəyi və Qərbdən lazımi dəstəyi görməyəcəyi halda yenidən Rusiyanın boyunduruğu altına keçməsindən sonra rəsmi Moskva öz ənənəvi ermənipərəst mövqeyini davam etdirəcək. Odur ki, indiki yaranmış situasiyadan maksimum istifadə etməli və bütün ərazilərimizdə suverenliyimizin bərpası üçün konkret addımlar atmalıyıq”,- deyə Rəşad Bayramov əlavə edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar