Xəbər lenti
Lavrovun səfərində Rusiyanın məqsədi nədir? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Postmüharibə dövründən sonra Ermənistan baxmayaraq ki istər sülh sazişi, istərsə də sərhədlərin müəyyənləşdirilməsi ilə əlaqədar bir çox sənədlərə imza ataraq razılaşdı, yenə də son zamanlarda açıq-aşkar üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır”.
Manevr.az bildirir ki, bu sözləri sia-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Onun sözlərinə görə, artıq Ermənistanın bu hərəkətləri normal qəbul olunur: “Birinci Qarabağ Müharibəsindən sonra keçən 30 il müddətində də Azərbaycan sülh yolu ilə məsələləri həll etməyə çalışsa da, Ermənistan həmişə danışıqlar aparmaqdan qaçıb. Yəni, tarixi vərəqləsək, bunu açıq-aşkar görə bilərik. Son zamanlarda Ermənistan yenə də ikili standartlardan çıxış etməyə başlayıb. Onların Qərb meyilliliyi özünü göstərir. Həm də Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanmış sənədlərə əsasən rus sülhməramlıları münaqişəli bölgələrdə yerləşdirilib. Ermənistanın sonrakı addımları, yəni Qərbə meyillilik məsələsi istər-istəməz Rusiya tərəfini də narahat etməyə başlayıb”.
Deputat sözlərinə davam edərək bildirib ki, Avropa İttifaqının oraya müşahidəçi qruplar göndərməsi müvəqqəti xarakter alsa da, Rusiyanın o ərazidəki ordusunun sıxışdırılması kimi qəbul olunur: “Açıq deyilməsə belə bu yalnız bu cür qəbul olunmalıdır. Rusiya tərəfi də bundan narahat olmaya bilməz. Rusiya istəyir ki, imzalanmış sənədlərdə əks olunan məsələlər tezliklə öz həllini tapsın. Bildiyimiz kimi, son zamanlarda Xankəndi-Laçın yolunda keçirilən aksiyalarla da bağlı narahatçılıqlar var. Bu onu göstərir ki, həmin yollar hansı formadasa nəzarət altında olmalıdır. Bizim ekofəallarımızın təşəbbüsü ilə keçirilən aksiyanı dəfələrlə alqışlamışıq. Onlar bu istiqamətdə öz fikirlərini dünya ictimaiyyətinə çatdıra bilirlər. Ermənistanın Baş Naziri Paşinyanın bir açıqlaması da narahatlıq doğurur ki, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulmasına bir növ etiraz edir. Bu, beynəlxalq qanuna sığışmayan bir məsələdir. Əslində, Paşinyan anlamalıdır ki, bir dövlətdən digərinə gedilirsə, orada sərhəd-buraxılış məntəqəsinin olması qaçınılmazdır. Ermənistan öz tərəfində buraxılış məntəqəsini qoymursa, bu onun öz işidir. Amma Azərbaycan tərəfinin hüquqi əsasları var ki, başqa bir dövlətə sərhəd bölgəsində nəzarət-buraxılış məntəqəsi yerləşdirsin.
Ermənistan bir mövqedə dayanmalıdır. Ermənistan dövləti anlamalıdır ki, onun sülh danışıqlarından boyun qaçırması nə ilə nəticələnə bilər. Necə ki Birinci Qarabağ Müharibəsində sülh danışıqlarından qaçmağının sonunda 44 günlük Vətən müharibəsində dərs aldılar, indi də sülh yolu ilə məsələlərin həllinə yanaşmamasının nəticəsi öncəkindən betər ola bilər. Rusiya və Qərb tərəfinin maraqlarının toqquşduğu ərazi olduğuna görə öz nəzarətini qoruyub saxlamaq, münaqişənin başqa dövlətlər tərəfindən həllinə mane olmaq üçün Sergey Lavrovun bu səfəri baş tutub. Həm Lavrovun, həm də Azərbaycan Prezidenti cənab İlham Əliyevin görüş ərəfəsində dediyi məsələlər öz nəticəsini verməlidir. Ermənistan tərəfi də bütün bunlardan bir nəticə çıxarmalıdır”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar