Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

Xarici işlər nazirinin müavini BQXK-nın prezidenti ilə görüşdü

Tarix: 27-02-2023 22:05     Baxış: 4347 A- / A+


Fevralın 27-də Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrə şəhərinə səfəri çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç Egger ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycanla BQXK arasında əməkdaşlıq, bölgədə post-münaqişə dövründə humanitar məsələlər və Laçın yolu ətrafında vəziyyət müzakirə olunub.
Nazir müavini Elnur Məmmədov Laçın yolundan sui-istifadə də daxil olmaqla Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı həyata keçirilən və 75 gündən artıq davam edən etirazlar dövründə BQXK ilə həyata keçirilən əməkdaşlıqdan məmnunluqla bəhs edib.
BQXK şahid olduğu kimi, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı tətbiq edilən “blokada” və “humanitar fəlakət”lə bağlı irəli sürülən iddiaların heç bir əsasının olmadığını vurğulayıb. BQXK-nın ərazidə fəaliyyət göstərməsinin, avtomobillərinin mütəmadi əsasda yoldan istifadə etməsinin buna sübut olduğu bildirilib.
Vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin yol boyu hərəkət rejiminin dəyişməz olaraq qaldığı, Azərbaycan tərəfinin birbaşa və ya BQXK vasitəsilə yerli əhaliyə hər bir yardım göstərməyə hazır olduğu nazir müavini tərəfindən diqqətə çatdırılıb.
Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar