Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Putin bizə xəyanət etdi, Kiyev isə Bakını seçdi - Akopcanyan

Tarix: 27-02-2023 12:26     Baxış: 3248 A- / A+








Ukrayna açıq şəkildə Ermənistanı deyil, Azərbaycanı özünün strateji tərəfdaşı adlandırır. Zelenski Paşinyana yox, Əliyevə zəng edir. Bəs Paşinyan nə edir?
Manevr.az xəbər verir ki, bunu erməni analitik Razmik Akopcanyan deyib.
“Gəlin, xatırlayaq: Ermənistanın indiki Baş naziri heç vaxt diplomatiya ustası olmayıb. Etiraf edək ki, heç kim onun simasında parlaq polemikaçı və ziyalı görməyib. Amma fürsət var idi və o, ən yaxşı keyfiyyətlərini göstərə bilərdi. Paşinyan sadəcə olaraq, Kiyevə səfər edib demokratik dünyanın lideri Zelenski ilə çiyin-çiyinə dayansa, Putini axmaq və ümidsiz vəziyyətə salardı. Əminəm ki, müvafiq tapşırıq qoyulsa, Kiyevdəki səfirliyimiz belə bir səfər təşkil edə bilərdi.
Amma olmadı. Çox yaxşı bir şans, bütün demokratik dünyanın hörmətini qazanmaq üçün vacib bir məqam əldən verildi. Təəssüflər olsun ki, Ukrayna açıq şəkildə Ermənistanı deyil, Azərbaycanı özünün strateji tərəfdaşı adlandırır. Zelenski Paşinyana yox, Əliyevə zəng edir. Ukrayna Prezidenti Əliyevə göstərdiyi köməyə və dəstəyə görə təşəkkür edir, əslində belədir. Bütün bunlar Azərbaycan qarşısındakı “demokratik üstünlüklərimizi” dəyərsizləşdirir. Bu, aşkar və danılmaz faktdır”, - o bildirib.
Erməni analitik qeyd edib ki, Paşinyan Kiyevə təcili səfər etsə, hər şey düzələ bilərdi:
“Rusiyanın daha sonra nə deyəcəyi ilə bağlı narahat olmağa dəyməz. O, ölkəmizlə bağlı bütün mümkün qırmızı xətləri keçib. Putin artıq bir neçə dəfə Ermənistana xəyanət edib. Rusiya lideri indi adi qaz şantajı mexanizmini işə salmaqla ölkəmizə təzyiq göstərmək üçün yeni addımlara hazırlaşır”.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar