Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Bakıda Arutyunyanı ələ salırlar, Vardanyana isə “Kremlin marioneti” deyirlər” - Marutyan

Tarix: 26-02-2023 19:28     Baxış: 3226 A- / A+
“Bakıda Arutyunyanı ələ salırlar, Vardanyana isə “Kremlin marioneti” deyirlər”.
Manevr.az xəbər verir ki, bunu erməni ekspert Serob Marutyan yazıb.
“Bir neçə gün əvvəl Arayik Arutyunyan Ruben Vardanyanı “dövlət naziri” vəzifəsindən azad edib. Məlum olduğu kimi, Ruben Vardanyan Qarabağa “nazir” təyin olunan andan Azərbaycanda ona qarşı kəskin mənfi münasibət formalaşıb. Laçın dəhlizinin “bağlanması”ndan sonra isə “blokada”nın götürülməsi üçün ilkin şərtlərdən biri olub. Ruben Vardanyan Qarabağı tərk etməli idi.
Ruben Vardanyanın “iş”dən çıxarılması Qarabağ “hakimiyyət”i üçün kifayət qədər ciddi nəticələr verəcək. O mənada ki, Xankəndidə Ruben Vardanyandan “qurtulmaq” qərarına gəlsələr, belə demək mümkünsə, bu, geri çəkilmək demək olacaq. Azərbaycana boyun əymək, bu da öz növbəsində son dərəcə pis vəziyyət yaradacaq.
İndi isə Ruben Vardanyan artıq “nazir” olmayanda aydın olur ki, Xankəndi Bakının presedent kimi istifadə edəcəyi qərar qəbul edib və artıq ondan istifadə edir.
Azərbaycan mediası Vardanyanın “işdən çıxarılmasına” müsbət reaksiya verir. Vardanyan hər mənada “Kremlin marioneti” kimi təqdim olunur. Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinin həddən artıq çəkiyə malik olduğu vurğulanır.
Azərbaycan mətbuatının yazdığına görə, Arayik Arutyunyan “hətta İrəvandan və Moskvadan təbii ehtiyacları qarşılamaq üçün icazə istəyir” deyə, onun Əliyevin tələbini yerinə yetirməkdən başqa yolu qalmayıb.
Yəni Azərbaycan tərəfi artıq baş verənləri Azərbaycan dövlətinin Qarabağın Azərbaycana inteqrasiyası yolunda növbəti qələbəsi kimi təqdim edir.
Bu kampaniya daha bir neçə gün, bir neçə həftə davam edəcək və qarabağlılar istəsələr də, istəməsələr də bunun nəticələrini udmalı olacaqlar.
Yeri gəlmişkən, problem nə Arayik Arutyunyanı qaralamaq, nə də Ruben Vardanyanı qorumaqdır. Sadəcə olaraq, “mühasirə”də olan Qarabağ erməniləri üçün insan-psixoloji baxımdan kifayət qədər xoşagəlməz və məyusedici ola biləcək faktı qeydə almaqdır”, – deyə Marutyan yazıb./konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar