Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

Üç ölkə arasında mühüm proses: “Tezliklə Qarabağda...”

Tarix: 26-02-2023 16:54     Baxış: 4227 A- / A+

“Azərbaycan, Türkiyə və Rusiya arasındakı məsləhətləşmələr Qərbin istəyi ilə sülh prosesini tormozlayan Ermənistan hökumətini tələsdirmək, yeni addımlara sövq etməklə nəticələnəcək”.
Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.
Ekspert bölgədəki son geosiyasi proseslərə diqqət çəkib:
“Bu gün Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib. Prezident türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Fevralın 27-də isə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycana iki günlük səfərə gələcək. Bundan əvvəl - fevralın 24-də isə Prezident Ərdoğanla rusiyalı həmkarı Putin arasında telefon danışığı olub.
Beləliklə, açıqlanan rəsmi məlumatlar onu göstərir ki, 2020-ci ildə Qarabağ savaşından sonra qurulan Rusiya-Türkiyə-Azərbaycan üçlüyünün qarşıdakı mərhələdə atacağı addımların yenidən dəqiqləşdirilməsinə, məsləhətləşmələrinə və “saatlarının tutuşdurulması”na ehtiyac yaranıb.

Böyük ehtimalla, bu məsləhətləşmələr Qərbin istəyi ilə sülh prosesini tormozlayan, ən azı onu Türkiyədəki prezident seçkilərinədək uzatmaq tapşırığı alan Paşinyan hökumətini tələsdirmək, yeni addımlara sövq etməklə nəticələnəcək. Biz bunun praktiki işartılarını çox tezliklə rus sülhmərlılarının yerləşdiyi (müvəqqəti - red.) Qarabağda görə biləcəyik.
Ərdoğanla görüş Prezident İlham Əliyevə Türkiyədəki seçkilərin təxirə salınıb-salınmayacağını da aydınlaşdıracaq və ona yaxın gələcək üçün ölkəmizə gərəkli tədbirlərin qrafikini, strategiyasını müəyyənləşdirmək imkanı verəcək.yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar