Sizin Reklam Burada
Xəbər lenti
02-10-2026
01-10-2026
BÜTÜN XƏBƏRLƏR

İsrailə qarşı həmlə: Bəşər Əsəd və molla rejimi anlaşdı

Tarix: 25-02-2023 20:32     Baxış: 3390 A- / A+



Tehranın Bəşər Əsəd rejimi ilə İsrailin hücumlarına qarşı Suriyaya "Xordad 15" hava hücumundan müdafiə və elektron döyüş sisteminin ixracı ilə bağlı razılığa gəldiyi bildirilib.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb.

Suriyadan yüksək səviyyəli hərbi rəsmilər, o cümlədən müdafiə naziri Əli Mahmud Abbas bu yaxınlarda İrana səfər edib. Səfər çərçivəsində molla və Əsəd rejimlərinin İsrailin hava hücumlarına qarşı Tehrandan Dəməşqə hava hücumundan müdafiə və elektron döyüş sistemlərinin ixracı mövzusunda razılığa gəldiyi bildirilib.
"Suriya öz hava hücumundan müdafiə şəbəkəsi və döyüş təyyarələri üçün dəqiq idarəolunan bombaları yenidən konfiqurasiya etməlidir. Suriyanın hava hücumundan müdafiəsini gücləndirmək üçün böyük ehtimalla İran radarlarının və "Xordad 15" sistemi kimi müdafiə raketlərinin Suriyaya tədarükünə şahid olacağıq", - məlumatda deyilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar