Xəbər lenti
Vardanyan qovuldu: Bakının Xankəndi üzərində təsiri necə olacaq?
Xankəndidəki separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Ruben Vardanyan “vəzifəsindən” uzaqlaşdırıldı. Bakının əsas tələblərindən biri bu idi və bunun baş verməsi müəyyən nəticələri də ön plana çıxarır:
1.Bakının Xankəndi üzərində siyasi təsirinin hansı səviyyədə olduğu isbat olundu;
2. Qarabağdakı erməni əhali Bakının təsir gücünün əyani şəkildə şahidi oldu: Vardanyan erməni əhalisinə “pul buraxaraq” özünü “xilaskar” kimi göstərməyə başlamışdı, onun göndərilməsi əhali arasında Azərbaycanla hesablaşma məcburiyyətini artırır; həmçinin, “separatçı rejimin Rubeni göndərməklə Bakının tələbi icra olundu” rəyi erməni əhalisinin Araik və dəstəsinə inamını da azalda biləcək amildir;
3. Vardanyanı Rusiyanın belə “qoruya bilməməsi” separatçılarda da, erməni əhalisində də sülhməramlıların “təhlükəsizliyin qarantı” obrazını zəiflədir;
Bundan sonrakı proseslərdə separatçı rejim Bakının narazılığına səbəb olacaq addımlardan da maksimum çəkinəcək.
Asif Nərimanlı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































