Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Hərbi əməliyyatlar başlamalıdır, başqa yol qalmayıb - Hərbi ekspert açıqladı

Tarix: 23-02-2023 17:47     Baxış: 3234 A- / A+


Avropa İttifaqı nümayəndələrinin Ermənistana gəlişi və hərbi təxribatın baş verməsi heç də təsadüfən baş verməyib. Bunun səbəbləri var. Görünən odur ki, bu təxribatlar bir mərkəzdən idarə olunur. 5 istiqamətdə belə bir təxribatın baş verməsi bu ehtimalları daha da gücləndirir. Aİ missiyasının gəlişi ilə belə bir təxribatın baş verməsi göstərir ki, eyni zamanda "bölgədə gərginlik hələ də davam edir" - görüntüsü yaratmaq niyyətləri var.
Manevr.az bildirir ki, bunu teleqraf.com-a hərbi ekspert Şair Ramaldanov deyib. O qeyd edib ki, Ermənistanın sülhdən qaçmaq üçün atacağı addımlar sırasında məhz hərbi təxribatların törədilməsi mühüm yer tutur: “Sülh prosesini pozmaq üçün bu, ən təsirli vasitə hesab edilir. Amma bunun qarşısını almaq üçün sülh mexanizmi işə düşməlidir. Azərbaycan ərazisində yerləşmiş olan sülhməramlıların ilk gündən işlərini düzgün qurmaması sonradan müəyyən problemlərə yol açıb”.
Hərbi ekspert hesab edir ki, bu gün Qarabağda qalmaqda olan qanunsuz silahlı birləşmələrin da istənilən an hərbi təxribatlara hazır olduğu şübhəsizdir:
“Ona görə də, burada olan silahlılar ərazidən çıxmalıdır. Amma görünən odur ki, Azərbaycan üçtərəfli razılaşmanın prinsiplərinin icrasına güc vasitəsi ilə nail olacaq. Burada digər variantlar sadəcə vaxt uzatmaq üçündür”.
Şair Ramaldanova görə, hazırkı vəziyyətdə Azərbaycan konkret olaraq Laçın yolunu nəzarət altına almalıdır:
“Burada nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı məsələ həll edilməlidir. Dövlət başçısının da mövqeyi bunu zəruri edir. Ona görə də bu, mütləq həll edilməlidir. Eyni zamanda üçtərəfli bəyanatın bəndlərinin icrası ilə bağlı məsələ qaldırılmalıdır. Burada da güc variantından başqa bir seçim qalmır. Əgər Ermənistan hələ də Azərbaycan ərazilərinə hansısa bir təhlükə yaradırsa, buna qarşı hərbi əməliyyatlar keçirilməli və təhlükəsizlik bölgəsi (bufer zona) yaradılmalıdır. Qarşı tərəf sülhdən imtina etdiyi halda da sülhəməcburetmə əməliyyatları icra olunmalıdır. Bütün bunlar isə hərbi gücün tətbiqini zəruri edən hallardır. Bu reallığı da Ermənistanın davranışları yaradıb”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar