Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan sərhəddə yeni hücumlar hazırlayır – Əsas plan nədir?

Tarix: 23-02-2023 13:39     Baxış: 3229 A- / A+

Ermənistan dövlət sərhədində atəşkəsi yenidən pozmağa başlayıb: 21-22 fevral tarixində Naxçıvan və Tovuz istiqamətində erməni hərbi birləşmələri tərəfindən atəş açılıb;

Bu təxribatın indi baş verməsi təsadüfi deyil və proseslər davamlı ola biləcəyi gözləntisini də yaradır.

Fevralın 21-də Avropa İttifaqının missiyası Ermənistanda praktiki fəaliyyətə başladı. Missiyanın iş qrafikinə Ermənistan-Azərbaycan sərhədində vəziyyəti monitorinq etmək də daxildir. Aİ missiyasının gəlişindən sonra Azərbaycanla sərhəddə təxribatların törədilməsi İrəvanın iki planından qaynaqlanır:

Birincisi, Azərbaycanı “hücum edən” tərəf kimi göstərmək və beynəlxalq müstəvidə Bakıya qarşı təzyiqlərə nail olmaqdır: bununla Aİ missiyasının hesabatına “material” hazırlayırlar;

İkincisi, Rusiyanın Ermənistanın təhlükəsizliyini qoruya bilmədiyini göstərmək, Aİ missiyasının təhlükəsizlik baxımından əhəmiyyətini isbatlamaqdır: Moskva KTMT-nin müşahidə missiyasını bölgəyə göndərmək istəsə də, İrəvan imtina etdi və “doğru qərar” verdiyini nümayiş etmək üçün bundan sonra sərhəd istiqamətində təxribat hücumlarını intensivləşdirəcək;

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar