Xəbər lenti
Laçın yolunda nəzarət-buraxılış məntəqəsi necə qurulacaq? – Şəfiyev açıqladı

Laçın yolu Azərbaycan ərazisidir. Ona görə də, Azərbaycan burada nəzarət-buraxılış məntəqəsinin yaradılmasını təmin edə bilər. Burada Ermənistanın nəyi istəyib-istəməməsi bizə o qədər də lazım deyil.
Manevr.az bildirir ki, bunu teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O qeyd edib ki, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması rus sülhməramlıları ilə yoluna qoyulacaq: “Eyni zamanda bu prosesdə də iki illik təcrübə var. Azərbaycan öz hədəflərinə çatır. Ona görə də, Laçın yolunda gec-tez nəzarət buraxılışı yaradılacaq”.
Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti, ABŞ dövlət katibi və Ermənistanın baş naziri ilə görüşdə nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə bağlı məsələlər müzakirə edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































