Xəbər lenti
Rusiya Cənubi Qafqazda müharibə anonsu verdi - Ekspert

Manevr.az bildirir ki, bu sözləri axar.az-a politoloq Fərhad Məmmədov deyib.
Politoloq bildirib ki, qlobal siyasi gərginlik Azərbaycana da ciddi təsir göstərir:
“Xüsusilə Bakı-İrəvan sülh prosesinə. Çünki Kremlin mövqeyi zəiflədikcə, Ermənistan Rusiyanın vasitəçiliyi ilə üzərinə götürdüyü öhdəliklərdən yayınır. Bu da Bakının təktərəfli addım atmasına gətirib çıxarır.
Digər tərəfdən Rusiya-Qərb gərginliyi Bakı-İrəvan arasındakı vasitəçilərin də münaqişəsinə səbəb olur. Rusiya XİN nümayəndəsi Qaluzin və AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Klaar arasında danışıq olub. Kreml açıq şəkildə AB-yə Ermənistana göndərdiyi missiyaya görə etirazını bildirib. Və diqqət edək! Moskva bunun gələcəkdə eskalasiyaya səbəb ola biləcəyinə eyham vurub. Bəli, belə eskalasiya baş verə bilər.
Təbii ki, pozitiv məqamlar da var. Rusiya Qərb münaqişəsi fonunda “Orta dəhliz” məsələsinə getdikcə daha çox diqqət ayrılır. Bunu Vaşinqton, Moskva və Pekinin simasında müşahidə edirik”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar