Xəbər lenti
"İlham Əliyevin plenar iclasdakı çıxışı xarici siyasətdə növbəti diplomatik qələbəsıdir" - Deputat

Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
"Ölkə başçısı açıq şəkildə Azərbaycan və Ermənistan arasında münaqişənin həlli istiqamətini bildirdi. İki ölkə arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformanın olduğunu qeyd edən cənab prezident onlardan birinin Brüssel formatı olmasını vurğuladı. Bu formatın üçtərəfli, yəni, Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşmanın varlığını bildirdi",- M.Məmmədli qeyd edib.
Ölkə rəhbərinin Minsk qrupunun artıq funksiyasını bitirdiyini və mövcud olmamasını isbat etdiyini vurğulayan deputat bildirib ki, İlham Əliyev həmçinin, iki ölkə arasında sülhün bərqərar olması üçün Azərbaycan tərəfinin konstruktiv təkliflərinə qarşı tərəfin də müsbət reaksiya verəcəyi təqdirdə bölgədə sülh və əmin-amanlığın bərpa olacağına, münasibətlərin normallaşmasına səbəb olacağını söylədi.
"Cənab prezidentin bu mesajı başqa sözlə Qarabağ münaqişəsinin dünya gündəmindən çıxartmaq, eyni zamanda bölgədə stabilliyi yaratmaq, həmçinin, Qafqazda bölgə üçün mühüm layihələrin həyata keçirilməsinə qarant olması kimi qiymətləndirilməlidir. Ölkə rəhbəri çıxışlarında hər zaman Qarabağda yaşayan erməni sakinlərinin Azərbaycan vətəndaşı olduğunu qeyd edir. Bu dəfəki çıxışında da aydın formada bu mövzuya toxunaraq, hər hansısa ölkədən gələn və ya kimlərsə tərəfindən idarə olunan şəxslərlə danışıqların olmayacağını qəti şəkildə dedi",- siyasətçi bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar