Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Zəngəzur dəhlizini açmaq üçün hərəkətə keçdi

Tarix: 20-02-2023 13:30     Baxış: 3219 A- / A+


Azərbaycan Zəngəzur dəhlizini açmaq üçün HƏRƏKƏTƏ KEÇDİ


Prezident İlham Əliyev Almaniyanın Münhen şəhərində yerli televiziya kanallarına müsahibəsi zamanı Zəngəzur dəhlizinin həm ABŞ, həm də Avropada məntiqli qəbul edildiyini bildirib. Dövlət başçısı dəhlizin hər iki tərəfində nəzarət-buraxılış məntəqələrinin olmasının Ermənistan və Azərbaycan arasındakı əlaqələrin normallaşmasında önəmli amil olduğunu vurğulayıb.
 
"Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır", - deyə Prezident müsahibəsində qeyd edib.
 
İndi bütün diqqətlər Ermənistana yönəlib. İrəvan hakimiyyətinin Zəngəzur dəhlizi ilə bağlı hansı qərarı verəcəyi maraq doğurur. 
 
Manevr.az bildirir ki, mövzunu modern.az-a şərh edən politoloq Tofiq Abbasov Zəngəzur dəhlizinin açılacağına əminliyini ifadə edib.
 
"Öncə onu demək lazımdır ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Dövlət başçısı bu yolun əhəmiyyətini və sülh sazişinə verəcəyi töhfəni beynəlxalq aləmdə dilə gətirdi", - deyə o qeyd edib.
 

 
Politoloq hesab edir ki, rəsmi Bakı Zəngəzur dəhlizinin açılması üçün bütün "rıçaq"lardan istifadə edəcək:
 
"Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Ermənistan tərəfindən razılaşmanın pozulması yönündə atılan bütün addımlara qarşı Azərbaycanın planı var. Prezident İlham Əliyev görüşdən sonra verdiyi açıqlamada söylədi ki, qarşı tərəfə Laçın dəhlizində buraxılış məntəqələrinin qurulması ilə bağlı təklif verilib. Bunun özü belə Ermənistana verilmiş bir mesajdır. Lakin Paşinyan və komandası bəyanatdakı müddəalara uyğun addım atmır. Çünki bundan əvvəl onlar bəyan etmişdilər ki, guya Zəngəzur dəhlizinin açılması üçün artıq işlərə başlanılıb. İndi isə Azərbaycan artıq Ermənistandan real addımlar gözləyir".
 

T. Abbasov vurğulayıb ki, bölgədə sülhün bərqərar olması üçün Zəngəzur dəhlizinin açılması labüddür:
 
"Ermənistan əvvəlki kimi danışıqları sabotaj etməyə çalışsa, biz daha təsirli yollardan istifadə edəcəyik. Paşinyan və komandası başa düşməlidir ki, regionda sülhün yaranması üçün dəhlizin açılması mütləqdir. Məncə, Ermənistan bu cür qərarları tək başına almır. Qərb ölkələri və ABŞ Paşinyanın addımlar atmasına kömək edirlər. Xüsusilə Azərbaycan-Ermənistan münasibətlərində Amerika və Fransanın mövqeyi üst-üstə düşür. Biz müharibədən sonra altılı formatı dilə gətirdikdə bölgəyə ilk olaraq ABŞ-ın müdafiə naziri gəldi. Bundan sonra o, formata qarşı mənfi fikirlər səsləndirdi. Amerikanın Zəngəzur dəhlizinin açılmasında maraqlı olmaması hər kəsə aydındır. Ancaq Rusiya və Türkiyə kimi region ölkələri dəhlizin açılmasının tərəfdarıdır. Onlar anlayır ki, Zəngəzur dəhlizinin açılması həm regionda sülhə töhfə verəcək, həm də digər dövlətlərin yük daşımalarında önəmli rol oynayacaq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar