Münhen Təhlükəsizlik Konfransı zamanı Baş katib Yens Stoltenberqin eyham vurduğu kimi, Ukraynadan sonra NATO Tayvanda yeni silahlı münaqişəyə başlamaq niyyətindədir.
Manevr.az axar.az-a istinadən bildirir ki, bu barədə "Qlobal Tayms" məlumat yayıb.
"Rusiya-Ukrayna münaqişəsinin başlamasından demək olar ki, bir il keçir. ABŞ-ın rəhbərlik etdiyi NATO böhranda tam iştirak edir. Bununla belə, alyans artıq Tayvanda bir böhran hazırlayıb", - materialda deyilir.
Nəşr hesab edir ki, NATO hərbi münaqişələr olmadan mövcud ola bilməz:
"Buna görə də alyans Asiyada narahatlığı artırır, növbəti toqquşmaya hazırlaşır. Vaşinqton ümid edir ki, NATO təkcə transatlantik hərbi təşkilat olaraq qalmaya, bütün dünyada mövcudluğunu genişləndirə bilər".
Çinli hərbi ekspert Sonq Zhonqpinq isə bildirib ki, ABŞ-ın məqsədi Avropaya nəzarət etməkdir:
"Həmçinin NATO-nu qlobal hərbi ittifaqa çevirməkdir. Stoltenberqin sözlərini təşkilatın Asiya-Sakit okean regionunun işlərinə qarışmasına zəmin yaratmaq kimi qiymətləndirmək olar".
Nəşrin yazdığına görə, ABŞ-ın maraqları bütün NATO-ya üzv ölkələrin istəkləri ilə üst-üstə düşmür:
"Belə ki, onların bəziləri Ukrayna münaqişəsi və Çinlə bağlı fərqli fikirdədirlər və ya bundan sonra Vaşinqtona artıq "dəmir etimad" göstərmirlər. Rusiya və Ukrayna arasında münaqişənin inkişaf yoluna baxsaq, NATO-nun imkanları arzu olunana uyğun gəlmir".
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar