Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bu qanun layihəsi deputatların etirazına səbəb oldu

Tarix: 17-02-2023 16:47     Baxış: 3462 A- / A+
Bu qanun layihəsi deputatların etirazına SƏBƏB OLDU

“Necə ola bilər ki, Milli Məclisin razılığı olmadan xüsusi rejim tətbiq oluna bilir?”.
 
Manevr.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa səsləndirib.
 
Deputat “Fövqəladə vəziyyət haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəyə etiraz edərək sosial xarakterli fövqəladə mühit rejiminin Konstitusiyaya zidd olduğunu vurğulayıb.
 
Fazil Mustafa qanun layihəsinə Milli Məclisin razılığı, eləcə də sosial xarakterli fövqəladə mühit rejiminin müddəti məsələsinin əlavə olunmasını təklif edib.
 
Deputat Qüdrət Həsənquliyev də qanuna dəyişikliyin Konstitusiyaya zidd olduğunu vurğulayıb.
 
Millət vəkili Nigar Arpadarai isə qanun layihəsinin bir sıra problemlərə səbəb ola biləcəyini və yenidən baxılmalı olduğunu qeyd edərək, müzakirələrə ehtiyac olduğunu qeyd edib.
 
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə deputatların təklifləri ilə razılaşmayıb. O, cavab olaraq sosial xarakterli fövqəladə mühit rejiminin fövqəladə vəziyyətlə fərqli anlayışlar olduğunu bildirib:
 
“Fazil bəy, siz rejimin tətbiqinin Milli Məclislə razılaşdırılmalı olduğunu dediniz. Lakin burada söhbət fövqəladə vəziyyətdən getmir. Mən sizdən də, Qüdrət bəydən də Konstitusiyanın qeyd olunan bəndlərinə yenidən baxmağınızı xahiş edirəm. Sosial xarakterli fövqəladə mühit rejimi fövqəladə vəziyyət rejimindən əvvəl və sonra tətbiq oluna bilər”.sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar